Mladen İvaniçə BSU-nun fəxri doktoru diplomu təqdim edilib
Tarix: 14.03.2016 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniçə BSU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olub. Görüşdə BSU-nun rektoru, professor Asif Hacıyev ali qonağın Bakı Slavyan Universitetinə gəlişindən məmnunluğunu ifadə edib, bu görüşün slavyanşünaslığın inkişafına, eləcə də ölkələrimiz arasında humanitar əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. A.Hacıyev BSU-nun yaranması, fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonağa məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən regionda unikal slavyanşünaslığın mərkəzi kimi yaradılmış BSU hazırda dünyanın bir sıra universitetləri ilə sıx əlaqələr saxlayır. Burada avropaşünaslığa, o cümlədən balkanşünaslığa aid ciddi elmi araşdırmalar aparılır, alimlər, magistrantlar slavyan və digər xalqların mədəniyyətini və dilini, Azərbaycan ilə əlaqələrini öyrənirlər. Bundan əlavə, universitetdə bir çox xalqların dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Rektor Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşün bu ölkənin universitetləri ilə əməkdaşlığın yaranmasına təkan verəcəyinə ümidvar olduğunu deyib. Məlumat verilib ki, Bakı Slavyan Universitetinin elmi şurası ölkələrimiz arasında əməkdaşlığın inkişafında, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrin dərinləşməsində böyük xidmətlərinə görə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniçə BSU-nun fəxri doktoru adının verilməsi barədə qərar qəbul edib. Sonra rektor Mladen İvaniçə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilməsi ilə bağlı elmi şuranın qərarını diqqətə çatdırıb. Ali qonağa universitetin fəxri doktoru diplomu, mantiya və hədiyyələr təqdim edilib. Mladen İvaniç BSU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, universitetin kollektivinə uğurlar arzulayıb. O, iki ölkənin ali məktəbləri arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıb, bu istiqamətdə əlindən gələni edəcəyini bildirib. Sonda universitetin tələbələri Azərbaycan və serb dillərində mahnılar oxuyublar.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info