Allahşükür Paşazadə Rusiyaya səfərə gedib
Tarix: 14.03.2016 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqaza yola düşüb. QMİ-dən verilən məlumata görə, səfər Azərbaycanda elan olunmuş Multikulturalizm ili çərçivəsində Qafqaz bölgəsində keçirilən tədbirlər sırasında həyata keçirilir.
Şeyxülislam A. Paşazadənin təşəbbüsü ilə Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı formatında keçiriləcək görüşlərdə ölkəmizin bu sahədə mövcud dəyərli təcrübəsi təbliğ və təşviq ediləcək. 
Martın 16-dək davam edəcək səfər müddətində QMİ sədri Rusiya Federasiyasının (RF) Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya Respublikalarında olacaq.
Şeyxülislam A. Paşazadənin rəhbərliyi ilə Nalçikdə, Çerkesskdə və Vladikavkazda müvafiq olaraq Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya Respublikaları müsəlmanlarının Ruhani İdarələrinin hesabat-seçki konfransları baş tutacaq, müfti vəzifələrinə seçki həyata keçiriləcək. 
Səfər müddətində QMİ sədrinin RF Şimali Qafqaz respublikalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info