Azərbaycan ŞƏT-in rəsmi tərəfdaş statusu alıb -YENİLƏNİB
Tarix: 14.03.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Çinə səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovla görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə təsisatlanmış əməkdaşlığın qurulmasında maraqlı olduğunu qeyd edərək, terrorizm, separatizm və extremizmə qarşı mübarizə, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat, energetika və digər qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı perspektivlərindən danışıb. O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyət başlamasının qədim İpək yolu boyunca təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir həmçinin, təşkilata üzv olan bəzi ölkələrin vətəndaşları üçün Azərbaycana giriş vizalarının rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinin insanlararası təmasların artmasına və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına müsbət təsir göstərəcəyini bildirib. Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını deyən nazir bu xüsusda 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunun əhəmiyyətini qeyd edib.
 
E. Məmmədyarov regional sülh və təhlükəsizlik üçün başlıca təhdid yaradan Ermənistan-Azərbaycan münaqişəsi barəsində ətraflı məlumat verib. O, münaqişənin həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı olduğunu vurğulayıb.
 
R. Alimov terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə, iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat, enerji və turizm kimi sahələrin təşkilat üçün də prioritet olduğunu qeyd edib.
 
Görüş əsnasında Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinə Memorandum imzalanıb. Memoranduma əsasən, Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı arasında regional sabitlik və təhlükəsizliyin təşviqi, terrorizm, ekstremizm, separatizm, narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi, kiber cinayətkarlığa qarşı mübarizə, ticarət, sərmayələr, energetika, telekommunikasiya, kənd-təsərrüfatı, trans-regional multi-modal nəqliyyat, mədəniyyət, elm, təhsil və turizm kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info