Nəsimi rayon məktəbliləri Azərbaycan Milli Elmlər Akademiyasında
Tarix: 14.03.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının "Alimlər evi" və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə AMEA-nın Alimlər Evinin direktoru Nurudə Quliyeva və Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Nəsimi rayonunda yerləşən orta məktəblərin direktor və şagirdləri iştirak ediblər. Əvvəlcə AMEA-nın elmi nailiyyətlər sərgisinə baxış keçirilib. Şagirdlərdə maraq oyadan sərgi ilə tanışlıq alimlərin çıxışları ilə davam edib.
İlk olaraq AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli Novruz bayramının tarixi, etimologiyası, adət-ənənələrimiz barədə məktəblilərə təfsilatı ilə məlumatlar verib. Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov interaktiv metodla uşaqların riyaziyyat elmi ilə bağlı suallarını cavablandırıb, bu istiqamətdə onları maraqlandıran mövzular ətrafında müzakirələr təşkil edib. Müxtəlif elm sahələrinə dair çıxışlarda AMEA Şamaxı Astrofizika Rəsədxanasının alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Ətayinin çıxışı da şagirdlərin marağına səbəb olub. Astronomiya elminin tarixi, elmi nailiyyətləri, Marağa rəsədxanasının banisi, görkəmli alim Nəsirəddin Tusi haqqında məktəblilərə geniş məlumat verilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info