İran müəssisələri ilə maşınqayırma sahəsində əməkdaşlıq
Tarix: 14.03.2016 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin valisinin ictimai-siyasi məsələlər üzrə müavini Səid Şəbistərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. Bildirilib ki, son illər dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələri, eləcə də İranın regionları ilə əməkdaşlıq daha da genişlənib. Şərqi Azərbaycan vilayətinin nümayəndə heyətinin ölkəmizə səfəri də əlaqələrimizin inkişafına öz müsbət töhfəsini verəcək. Nazir Şahin Mustafayev iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, sənaye, o cümlədən maşınqayırma sahəsində əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin valisinin müavini Səid Şəbistəri dövlət başçılarının birgə səyləri nəticəsində son illər ölkələrimiz arasında əlaqələrin genişləndiyini, İranın Şərqi Azərbaycan vilayətinin sənaye sahəsində Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində maşınqayırma sahəsində fəaliyyət göstərən müəssisələrin təmsil olunduğunu qeyd edən Səid Şəbistəri Azərbaycanın bu sahədə fəaliyyət göstərən şirkətlərini ölkəsinə dəvət edib. İranlı qonaq Azərbaycanda sənaye parklarının yaradılmasını müsbət qiymətləndirib.
Görüşdə İranın “Təbriz Traktorqayırma Zavodu” və avtobus istehsalçısı “AKİA” maşınqayırma zavodu barədə məlumat verilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində İran nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) da olmuşdur. Qonaqlara sənaye parkında investorlar üçün yaradılmış əlverişli imkanlar, sənaye parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar barədə məlumat verilib. Sonra SKSP-də İran nümayəndə heyəti ilə Azərbaycanın maşınqayırma müəssisələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə İranın “Təbriz Traktorqayırma Zavodu”u və avtobus istehsalçısı “AKİA” maşınqayırma zavodu ilə Azərbaycanın maşınqayırma müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər zamanı İran nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkı (STP) ilə tanış olublar.





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info