“Məktəbəqədər təhsil haqqında“ yeni qanun layihəsi ilə bağlı işçi qrup yaradıldı
Tarix: 14.03.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq. Bu məqsədlə artıq yeni işçi qrup yaradılıb. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirilib. Komitənin sədri İsa Həbibbəyli deyib ki, “Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır. Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin təcrübələrinin öyrənildiyini deyən İ.Həbibbəyli bildirib ki, qanun layihəsinin hazırlanması MM-in yaz sessiyasının gündəliyinə daxil edilib: "Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır. Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün də MM-in müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlaylışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır. Layihədə mütləq məktəbəqədər təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik. Məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik”.
Komitə sədri əlavə edib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və NK-nın 2012-ci ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi” adlı sənədləri ilə tənzimlənir. Yeni layihədə həmin sənədlərin bir sıra müddəaları daxil ediləcək. İ.Həbibbəyli qeyd edib ki, “Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib. Lakin “Təhsil haqqında” qanun çərçivə qanunu olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar-məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yalnız dövlət, özəl və bələdiyyə tiplərinin olduğunu xatırladan İ.Həbibbəyli deyib ki, hazırda dünyada məktəbəqədər təhsilin müxtəlif tipləri - görmə, eşitmə, nitq qabiliyyəti zəif olan uşaqlar üçün xüsusi ixtisaslaşmış məktəbəqədər müəssisələri, korporativ, ailə tipli, internat tipli məktəbəqədər təhsil tipləri var. İ.Həbibbəyli deyib ki, məktəbəqədər təhsil müəssisələrinin tabeciliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərməsi qanun predmeti deyil: “Azərbaycanda kimsəsiz uşaqlar üçün uşaq evləri var. Qanun layihəısində bu məsələ də öz həllini tapmalıdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info