Naxçıvanın quş əti məhsulları ölkəmizin digər regionlarında satışa çıxarılacaq
Tarix: 14.03.2016 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikanın daxili bazarının tələbatından artıq istehsal olunan quş ətini paytaxt Bakı bazarında və ölkəmizin digər regionlarında satışa çıxaracaq.
Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bəhrələnən “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ilin noyabrında yaradılıb. Bu müəssisəyə muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20 min 674 kvadratmetr, kəsim və paketləmə istehsalı sahəsi üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahəsi ayrılıb. Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün hər biri 15 min baş quş tutumuna malik 5 bina inşa olunub. Həmin binalarda Türkiyənin “Tavsan” firmasının istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb, quşların yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilib, havalandırma sistemi yaradılıb.
Qeyd edək ki, quşçuluq təsərrüfatları əvvəllər qarışıq qüvvəli yemi və inkubator cücələrini xaricdən alıb əlavə daşınma xərci çəkir, vaxt itkisi ilə üzləşirdilərsə, artıq muxtar respublikada yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması ilə bu problem aradan qalxıb. Quşların bəslənməsi üçün qarışıq qüvvəli yem “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının qarışıq qüvvəli yem istehsalı müəssisəsindən, inkubator cücələri isə “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınır. Quşlar müəyyən olunmuş temperaturda 45-50 gün müddətində qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət edilir.
Quşların kəsimi və paketlənməsi üçün də əlverişli şərait yaradılıb. Hacıvar kəndində ayrılmış ərazidə istehsal sahələri, müxtəlif temperatura malik ayrı-ayrı soyuducu anbarlar, iş otaqları və yeməkxana tikilib istifadəyə verilib. İstehsal sahəsində Türkiyənin “Alberk” firmasından alınmış, istehsal gücü saatda 1500 baş quş olan tam avtomatlaşdırılmış xətt, soyuducu anbarlarda isə Türkiyə və Almaniya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Kərimbəyli kəndindəki quşçuluq təsərrüfatının tikintisinə 569 min 883 manat, avadanlıqların alınmasına 174 min 861 manat, Hacıvar kəndində fəaliyyət göstərən kəsim və paketləmə istehsalı sahəsinin tikintisinə 543 min 568 manat, avadanlıqların alınmasına 675 min manat vəsait sərf olunub. Ümumilikdə, müəssisənin tikintisinə və texnoloji avadanlıqların alınmasına 1 milyon 963 min manatdan çox vəsait sərf olunub ki, bunun da 1 milyon 50 min manatı muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan, 913 min manatı isə daxili imkanlar hesabına ödənilib.
“Ləzzət Broyler” MMC-nin fəaliyyətə başlaması daxili bazarı yüksəkkeyfiyyətli quş əti ilə təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Hazırda müəssisədə 38 nəfər çalışır ki, onlar da yüksək əməkhaqqı, xüsusi geyim formaları və servis xidməti ilə təmin olunublar.
Göründüyü kimi, muxtar respublikada iqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi öz bəhrəsini verib, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri açılıb, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artaraq 87 faizi ötüb. Özəl bölmənin inkişafı əhalinin tələbatının yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin olunmasına da əlverişli şərait yaradıb.
AZƏRTAC-




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info