Azərbaycana idxal olunan malların 50%-nə güzəştlər tətbiq edilir
Tarix: 14.03.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


"Aparılan iqtisadi təhlillər göstərir ki, ölkəyə idxal olunan malların 50%-nə güzəştlər tətbiq edilir".
Bunu Bakıda “Gömrük sistemində inkişaf və gələcək perspektivlər” mövzusunda konfransda Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
Baş İdarə rəisinin sözlərinə görə, müxtəlif qanunvericilik aktlarına, o cümlədən Vergi Məcəlləsinə əsasən, ölkəyə idxal olunan bir sıra mallara güzəştlər tətbiq edilir: “Bu cür mallar ƏDV və idxal rüsumundan azaddır. Yəni, idxalın cəmi 50%-i vergi yüklüdür. Bu mallara tətbiq olunan vergi və rüsumlardan dövlət büdcəsinə vəsait daxil olur”.
M. Vahabov əlavə edib ki, Azərbaycan gömrük sistemində qanunun aliliyi həmişə üstün tutulub. Bunu əsas gətirən komitə rəsmisi gömrük orqanı əməkdaşları ilə yanaşı, sahibkarları da qanunun aliliyini üstün tutmağa çağırıb: "Dövlət Gömrük Komitəsində bəzi problemlər olub. Amma fəaliyyətinin 24 ili ərzində Dövlət Gömrük Komitəsi qanunun aliliyini üstün tutub. Bu gün idxal olunan mallar ilə bağlı məlumatlar düzgün təqdim olunmursa, nə etməliyik? Əlbəttə, ekspertiza idarəsinə müraciət etməliyik. Gömrük tarifi haqqında qanun beynəlxalq qanunvericiliyə uyğun hazırlanıb və bu qanuna əsasən gömrük dəyərləndirilməsi düzgün aparılır. Əgər kimsə malın gömrük dəyərinin aşağı bəyan olunmasına maraqlıdırsa və yaxud orijinal “invoice” deyərək malın gömrük dəyərini daha aşağı yazdırmaqla təqdim edirsə və tələb edirsə və bunun əsas sövdələşmə olmasını tələb edirsə, bu, yanlışdır. Sahibkarlar təkcə özünü düşünməməlidir. Biz daxili bazarı, rəqabətqabiliyyətliliyi, yerli istehsalı düşünməliyik. İdxalatçılarla yanaşı, istehsalçıların maraqlarını düşünməliyik. Ən vacibi isə dövlətin maraqlarını düşünməliyik. Sahibkar çalışırsa, dövlətin vergisini ödəməlidir və qanunauyğun mövcud sənədlər gömrük orqanlarına təqdim edilməklə, gömrük rəsmiləşdirilməsi həyata keçirilməlidir. Dövlətin müəyyənləşdirdiyi qanunla hər il dövlət büdcəsinin gəlir hissəsində vergi və rüsumları artıqlaması il yerinə yetirib. Gömrük tarifi tənzimlənməsi bütün ölkələrdə, o cümlədən Azərbaycanda onun milli maraqlarının, onun iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info