“Rusiya Gürcüstana görə Abxaziya və Cənubi Osetiyanı satmayacaq”
Tarix: 25.02.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


“Rusiya Gürcüstanla yaxınlaşmaqdan ötrü Abxaziya və Cənubi Osetiyanın müstəqilliyindən keçməyəcək”. Bu barədə bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Rusiyanın xarici siyasət şöbəsinin Diplomatik Akademiyasındakı çıxışı zamanı deyib.
“Biz qarşılıqlı əlaqələrin inkişafına hazırıq, ancaq Abxaziya və Cənubi Osetiyadakı qardaşlarımıza xəyanət edə bilmərik”, - deyə o bildirib.
Lavrov qeyd edib ki, Gürcüstanın yeni hökuməti “praqmatik” hərəkət edir və Rusiya ilə münasibətlərin gələcək inkişafında maraqlıdır. XİN rəhbəri deyib ki, onlar heç vaxt bu əlaqələri tamamilə qırmayıblar.
Məlum olduğu kimi, gürcü nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının qış sessiyasında “Abxaziya və Tsxinvali regionunun işğaldan azad olunması məsələsi”ni qaldıracaq.
Xatırladaq ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini 2008-ci ilin avqust müharibəsindən sonra tanıyıb. Abxaziya və Cənubi Osetiya hökumətlərinin razılığına əsasən, rus qoşunları bu ərazilərdə yerləşdirilib. Suxumi və Tsinvalidə RF-nın səfirlikləri açılıb. Gürcüstan hökuməti isə cavabında Rusiya ilə diplomatik əlaqələri kəsmişdi. Onlar həmçinin Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal olunması barədə qanun da qəbul etmişdilər.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info