Bakıda beynəlxalq seminar başlayıb
Tarix: 14.03.2016 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyinin (DİN) və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə martın 14-də Bakıda “İnsan alveri cinayətlərinin təqibi və bu istiqamətdə koordinasiya” mövzusunda beynəlxalq seminar başlayıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev giriş nitqində 2005-ci ildən respublikamızın insan alverinə qarşı mübarizə üzrə bütün beynəlxalq konvensiyalara qoşulması, bu sahədə qanunvericilik sisteminin yaradılması, eyni zamanda, insan alveri qurbanlarının reabilitasiyası ilə əlaqədar olaraq Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində hökumət tərəfindən 20-yə yaxın qərar qəbul olunması barədə məlumat verib. O deyib ki, insan alveri cinayətlərinin təqibinin təmin edilməsi məqsədilə DİN sistemində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ona bilavasitə tabe olan Sığınacaqlar və Qaynar xətt xidməti  yaradılıb. Qeyd olunub ki, Baş İdarə son 10 ildə insan alveri cinayətlərinin təqibi sahəsində böyük təcrübə toplayıb.
Üç gün davam edəcək tədbirdə Gürcüstan, Qırğızıstan və Ukraynanın səlahiyyətli nümayəndələri, ABŞ-dan olan ekspertlər, eyni zamanda, respublika Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası, Bakı, Gəncə, Lənkəran, Şəki Ağır Cinayətlər məhkəmələrinin hakimləri, Baş Prokurorluq, Ədliyyə və Xarici İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi, Miqrasiya və Sərhəd xidmətlərinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının məsul əməkdaşları və Vəkillər Kollegiyasının üzvləri iştirak edirlər. 
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info