Dünya ölkələrindəki korrupsiya faktları
Tarix: 15.03.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Beynəlxalq Şəffaflıq Təşkilatı korrupsiya ilə bağlı ötən ilin nəticələrinə əsasən, bu vəziyyətin hələ də dünyada geniş yayıldığını, hətta bir çox ölkələrin rüşvətlə əlaqədar siyahıda daha da irəlilədiyini açıqlamışdı. Nəticədə, bu gün korrupsiyanın dünyanın ən önəmli problemlərindən biri kimi qaldığı, eləcə də bir çox ölkələrdə xalqın məhz korrupsiya ilə bağlı etiraz aksiyaları keçirdikləri göstərilir.

Braziliyada 3 milyon adam küçəyə çıxıb
Cari ildə də bir çox dünya ölkələrinin adı məhz korrupsiya ilə bağlı hallanır. Dünən Latın Amerikasının ən böyük iqtisadiyyat mərkəzi Braziliyada aksiyalara 3 milyon adam qatılıb. Braziliyada adı korrupsiya iddialarına qarışan dövlət başçısı Rousseffin istefa verməyəcəyini açıqlamasının ardınca 200 şəhərdə 3 milyon nəfər küçəyə çıxıb. “Datafolha” adlı yoxlama şirkəti, ölkənin maliyyə mərkəzi Sao Paulo şəhərində təşkil edilən aksiyalara təxminən 500 min adamın qatıldığını ifadə edərkən, polis, iştirakçıların bu rəqəmdən üçqat daha çox olduğunu bildirib. Rousseff isə açıqlamasında belə bildirib: “Bazar günü təşkil edilən nümayişlər fərqli görüşlərin necə birlikdə mövcud olduğunu, qanun və təşkilatlara necə hörmət göstəriləcəyini bilən bir ölkənin təcrübəsini ortaya qoyub".

Çində korrupsiya
Korrupsiya ilə bağlı adıçəkilən ölkələrdən biri də Çindir. Təkcə ötən il Çində korrupsiyayla mübarizə çərçivəsində 282 min səlahiyyətli şəxsə intizam cəzası verilib. “Şinhua” agentliyinin Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi İntizam və Nəzarət Komissiyasına əsasən verdiyi xəbərdə, keçən il həyata keçirilən korrupsiya istintaqları çərçivəsində 200 min səlahiyyətlinin yüngül intizam cəzası, 82 min nəfərin isə sərt intizam cəzası aldığı bildirilir. Sərt və yüngül intizam cəzalarının yanında bəzi səlahiyyətli şəxslərin, ÇKP-yə qarşı ciddi intizam pozuntusu etdiyi səbəbi ilə olduqları mövqedən daha aşağı vəzifəyə gətirildiyi də qeyd edilir. Dindirilən və ya cəza alan səlahiyyətli şəxslər, rüşvət və vəzifəsindən sui-istifadə halları ilə günahlandırılır. Çin dövlət başçısı Şi Cinping vəzifə başına gələndə, hər kəsin korrupsiyadan uzaq durmasının lazım olduğunu və ölkədəki korrupsiyanın "kökünü kəsəcəyini" vurğulamışdı. ÇKP liderliyini ələ aldıqdan sonra, o, korrupsiyaya qarşı mübarizə proqramı ilə bütün partiyanın hazır olmasını istəmiş və məhz korrupsiyanı partiyanın mövcudluğuna qarşı bir təhdid olaraq gördüyünü bildirmişdi.
Ömürlük həbs cəzası alan sabiq dövlət təhlükəsizliyinin rəhbəri Cou Yonqkanqdan başqa, korrupsiya ilə bağlı dindirilərək ölkə gündəmində olan, ölkənin bir vaxtlar ən güclü siyasətçilərindən biri, köhnə “politbüro” üzvü və Çongçing qubernatoru Bo Sılay da korrupsiya və vəzifədən sui-istifadədə günahlandırılaraq ömürlük həbs cəzası alıb.
İstintaqlar daha sonra hərbi sistemə sıçrayıb və Çin Mərkəzi Ordu Komissiyasının köhnə başçının köməkçisi və general Şu Sayhou rüşvət almaqda günahlandırılaraq ÇKP-dən xaric edilib, rütbəsi də əlindən alınıb.

İspaniya şahzadəsi də
korrupsiyada
günahlandırılır

Hər zaman olduğu kimi, İspaniyanın adı yenə korrupsiyada hallanır. İspaniyada korrupsiya və vergidən yayınmaqda günahlandırılan şahzadə Kristina ilə həyat yoldaşı İnaki Urdanqarin məhkəmədə hakim qarşısında ifadə verərkən ortaq olduqları şirkətin kredit kartından edilən fərdi xərcləmələrlə əlaqədar suallara cavab verib. Kristina vergidən yayınma ittihamlarını qəbul etməyib. Bu məsələ ilə əlaqədar suallara cavab olaraq yoldaşının məsuliyyətini ön plana çıxaran Kristina bu məsələlərin onu maraqlandırmadığını, o dövr yaşları çox kiçik olan uşaqları ilə məşğul olduğunu deyib:"Həyat yoldaşım ailə xərcləmələrində məsul idi. Mən buna qarışmamışam”. Urdanqarin isə "Vergidən yayınma ilə bağlı xəbərdar deyiləm, çünki məsləhətçilərim mənə hər şeyin doğru olduğunu söyləmişdi", deyib. Cütlük birlikdə sahib olduqları və Barselonadaki malikanələrindən birindən idarə etdikləri “Aizoon” şirkətində 2003-2007-ci illər arasında Noose İnstitutundan gələn pulların yuyulması və vergidən yayınma iddiaları ilə günahlandırılırlar. Şahzadə 8 il, həyat yoldaşı 19 il həbs cəzası ilə qarşı-qarşıyadır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info