Dünya mediası Bakı Forumundan yazır
Tarix: 15.03.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Forumdan öncə, forum zamanı və forum bitdikdən sonra xarici media Azərbaycana və keçirilən qlobal tədbirə diqqət ayırıb

Xəbər verildiyi kimi, ötən həftə ölkəmizdə beynəlxalq miqyaslı möhtəşəm tədbir - IV Bakı Qlobal Forumu keçirildi. Forum olduqca vacib və aktual mövzulara - qobal və regional təhlükəsizlik məsələlərinə, dünyada sülh və dialoqun bərqərar olunmasına həsr edilmişdi və beynəlxalq ictimaiyyətin, dünya mediasının da diqqətini cəlb etdi. Foruma 53 ölkədən 300-dən artıq nümayəndə qatılmışdı. Dünya siyasətçilərinin, hökumət liderlərinin və nüfuzlu simaların təmsil olunduğu Forumun çox möhtəşəm bir şəkildə keçirilməsi Azərbaycanın dünyanın dialoq və mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha nümayiş etdirdi. Qeyd edilməlidir ki, artıq illərdir Azərbaycanın bu cür beynəlxalq və qlobal miqyaslı tədbirlərə ev sahibliyi etməsi də ölkəmizin bu baxımdan imicini dünya səviyyəsində olduqca gücləndirib. Bu gün dünya ölkələri, siyasətçiləri və diplomatları Azərbaycanı dünyanın ən aktual və qlobal məsələlərin müzakirə edildiyi, planetar mesajlar verildiyi bir məkan kimi tanımaqdadırlar. Elə son keçirilən Qlobal Bakı Forumu da bu baxımdan ölkəmizin dünyada yerini və nüfuzunu bir daha bariz şəkildə göstərdi.
Onu da qeyd edək ki, sözügedən Foruma beynəlxalq media böyük diqqət ayırıb. Bu baxımdan Bolqarıstan media qurumlarının da Bakı Forumuna ayırdıqları diqqət qeyd edilə bilər. Qeyd edək ki, Bakı Forumu hələ başlamamışdan öncə Bolqarıstana aid media qurumları Bakı Forumunu işıqlandırıblar. İstər forum keçirilməsindən əvvəl, istərsə də forum keçirilən vaxt və forum bitdikdən sonra bu cür xəbərlər işıqlandırılıb. Məsələn, “focus-fen.net” saytı forum keçirilməmişdən öncə bu məsələyə diqqət yetirib. Orada yazılır ki, Bolqarıstan Prezidenti Rosen Plevneliev çoxqütblü dünyaya həsr olunmuş Bakı Forumunda iştirak edəcək. Bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidmətinə istinad edilir. Bildirilir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil ediləcək beynəlxalq tədbirdə regional və qlobal təhlükəsizlik məsələlərinə və digər beynəlxalq mövzulara toxunulacaq: “Bakıya səfəri zamanı Prezident Plevneliev Bakı Dövlət Universitetinin fəxr doktoru adı ilə təltif ediləcək”.
Daha bir Bolqarıstan saytı “bta.bg” isə Forumun açılış sessiyasında Plevnelievin fikirləri ilə bağlı Prezidentin Mətbuat Xidmətinin məlumatına istinad edib və bu fikirlərə geniş yer verib: “Plevneliev bildirib ki, dünyadakı çoxsaylı böhranlar sülh və azadlığı, qlobal təhlükəsizliyi İkinci Dünya müharibəsindən sonra başlamış situasiyada olduğu kimi təhdid edir: “Biz tamamilə mürəkkəb, qəliz münasibətlərə şahidlik edirik və görürük ki, beynəlxalq və regional institutlar münaqişələrin dayanıqlı və tutarlı həll yollarını tapmaqda uğursuzluğa düçar olmaqdadırlar”.
Daha sonra saytda bildirilir: “Plevneliev qeyd edib ki, BMT Təhlükəsizlik Şurası münaqişələrin həll olunması üçün qanuni institutdur, amma onun daha kəsərli və məhsuldar olması üçün islahatlara ehtiyac var: “Ümid edirəm ki, dünya yeni bir Soyuq Müharibəyə köklənməyib, amma heyf ki, Ukrayna böhranından sonra biz sanki Soyuq Sülh vəziyyətinə düşmüş kimi görünürük. Heç kim müharibə istəmir, amma beynəlxalq ictimaiyyət hələ də Soyuq Müharibəsayağı ixtilaflara, metodlara, təbliğata, kiberhücumlara və donmuş münaqişələrə şahidlik edir”.
Pnevneliev daha sonra qeyd edib: “Münaqişələrə üz tutmaqla dünyanı yeni nüfuz dairələrinə bölmək və bunun üçün daha bir “Yalta konfransı” təşkil etmək tarixi bir səhv olardı”. Plevnelievin fikrincə, regional və dünya liderləri bu gün fərqli yanaşmalar nümayiş etdirirlər və onların fərqli məqsədləri var: “Münaqişəyə yox, diplomatiyaya yaşıl işıq yandırmaq vacibdir. Dünya gücləri çox asanlıqla bu və ya digər ölkəni destabilləşdirə bilərlər, amma yalnız həmin ölkələrin vətəndaşları cəmiyyətlərini yenidən qura və birləşdirə bilərlər, daha həmin dünya gücləri yox”.
Bolqarıtstan Prezidenti onu da bildirib ki, Avropa qeyri-stabillik okeanında sabitlik adası kimi qala bilmir: “Avropa Birliyi 2016-cı ildə daha çox böhranla üzləşə bilər. Bu isə Britaniyanın birlikdən çıxa biləcəyi ilə bağlı olaraq baş verə bilər. Bununla isə millətçilik, populizm və miqrasiya təzyiqi daha da artacaq”.
Bolqarıstan media qurumu tərəfindən o da qeyd edilir ki, Qlobal Bakı Forumu 50-dən çox dövləti və hökumət başçılarını bir araya gətirib, açılış sessiyasında iştirakçılar Böyük Britaniya və Kanada baş nazirləri Devid Kemeron və Castin Tryudonun mesajlarını dinləyiblər.
Bundan başqa, sayt Prezident Plevnelievlə Prezident İlham Əliyevin görüşünə, ikitərəfli əlaqələri inkişaf etdirməklə bağlı fikirlərinə, enerji, yüksək texnologiya, əczaçılıq və ərzaq sahəsində əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə iradə olması ilə bağlı deyilənlərə diqqət ayırıb.

Xorvatiya Prezidenti:
“IV Qlobal Bakı Forumu böyük
təşəbbüs və əla imkandır”

Onu da qeyd edək ki, Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar Kitaroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun təşkilatçılarına və iştirakçılarına müraciət edib. Xorvatiya Respublikasının Prezidenti müxtəlif mədəniyyətlər, ölkələr arasındakı əməkdaşlığa və qarşılıqlı anlaşmaya verdiyi töhfələrə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib: “Azərbaycan Respublikasında, Bakıda multietnik inam və hörmət atmosferi var. IV Qlobal Bakı Forumu bu prinsiplərə sadiq qalmaq üçün böyük təşəbbüs və əla imkandır. Cəmiyyətin bütün sahələrində birlik və dialoqu şəxsən dəstəkləyən biri kimi, hal-hazırda hamımızın üzləşdiyi bir çox qlobal problemlər barədə fikir mübadiləsinin aparıldığı forumları dəstəkləyirəm. Avropa Birliyində və ondan kənarda terrorizm və ekstremizm, iqlim dəyişikliyi və mövcud təhlükəsizlik təhdidləri kimi məsələlər bizim hamımıza Qərb və Şərq arasında əlaqələrin gücləndirilməsinin vacibliyini xatırladır”. Prezident Kolinda Qrabar Kitaroviç bütün sahələrdə birgə qlobal fəaliyyətin önəmli olduğunu vurğulayıb. “Xorvatiya və Azərbaycan Respublikası iqtisadiyyat və təhlükəsizlik, enerji sahəsindəki bir çox ümumi maraqları bölüşür. Vətəndaşlarımızın rifahı üçün narahat doğuran bütün sahələrdə dostluq münasibətlərimizin gücləndirilməsinin və dərinləşməsinin davam edəcəyinə ümid edirəm”- deyə Prezident bildirib. Xanım Kolinda Qrabar Kitaroviç bu tədbiri planlaşdırdığı və bir çox vacib məsələlərin müzakirəsi üçün beynəlxalq cəmiyyəti bir araya gətirdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə uğurlar arzulayıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info