“Bu gün heç kim Ermənistana investisiya yatırmaq istəmir”
Tarix: 15.03.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Başa düşmək lazımdır ki, ölkəmizin xarici investisiya cəlbediciliyi çox aşağı səviyyədədir”
Ermənistan iqtisadiyyatında son illər baş verən tənəzzül və buna rəğmən dövlətin böyük həcmdə daxili və xarici borcunun olması ölkənin iflasına səbəb ola bilər. Çətin sosial yaşam üzündən xalq təpkisi ilə üzləşən ölkə rəhbərliyi bir müddət bundan əvvəl Avrasiya İqtisadi İttifaqına qoşulmaqla vəziyyətdən çıxacağına ümid edirdi. Lakin ən böyük himayədarı-Rusiyanın da hazırda o qədər də yaxşı olmayan iqtisadi vəziyyəti Ermənistanın bu ümidinin üstündən xətt çəkib. Müxtəlif yalanlarla xalqa təskinlik verməyə çalışan Sərkisyan hakimiyyəti indi də ölkəyə xarici investor cəlb etmək üçün yollar axtarır.
Xatırladaq ki, Ermənistana sərmayə qoyan xaricdə yaşayan erməni əsilli iş adamları sonradan qanunsuzluqdan, korrupsiya və özbaşınalıqdan bezərək Ermənistanı tərk etmək məcburiyyətində qalıblar. Ermənistanın bəzi iqtisadçıları, deyəsən, ölkənin inkişafında xarici investorların oynadığı rolu artıq başa düşməyə başlayıblar. Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasından olan deputatı Mikael Melkumyan “Tert.am”a bildirib ki, qonşu ölkələrlə müqayisədə Ermənistanda bu sahədə vəziyyət çox ağırıdır: “Biz, Ermənistana investisiya yatırılmasının üstünlüyə malik olduğunu başa düşməliyik. Ermənistan bu problemi həll etməlidir. Başa düşmək lazımdır ki, ölkəmizin xarici investisiya cəlbediciliyi çox aşağı səviyyədədir. Bu gün heç kim Ermənistana investisiya yatırmaq istəmir”. Ekspert Ermənistanın investisiya cəlbediciliyinin aşağı olmasının siyasi, iqtisadi və sosial problemlərlə əlaqələndirib. Xatırladaq ki, bir müddət əvvəl “Azadlıq” radiosu Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsaslanaraq, 2015-ci ildə Gürcüstanda yatırılan xarici investisiyalar haqqında məlumat səsləndirmişdi. Həmin məlumata görə, Gürcüstanda ötən il ən böyük xarici investisiyanı 542 milyon dollarla Azərbaycan yatırıb. İkinci yerdə qərarlaşan Böyük Britaniya bu ölkəyə 198, Niderland isə 111 milyon dollar sərmayə yatırıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info