ARDNŞ Gürcüstanda yeni stansiyalar istismara verib
Tarix: 25.02.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


ARDNŞ Gürcüstanda daha iki qazdoldurma stansiyasını istismara verib. Dövlət Neft Şirkətinin rəsmi saytı məlumat verir ki, açılış mərasimində "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov, Argentinanın "Galileo" şirkətinin direktoru Osvaldo del Kompo iştirak ediblər. Tbilisinin Kaxetiya şossesində və Quramişvili küçəsində yerləşən yeni SOCAR qazdoldurma stansiyaları "Galileo" şirkətinin istehsalı olan son nəsil kompressor avadanlıqları ilə təchiz olunub. Bu avadanlıqlar qazın tez və təhlükəsiz şəraitdə doldurulmasını təmin edir. Yeni texnologiyalı kompressor üçün ayrıca bina tələb olunmur, çünki o, ən yeni yanğından mühafizə sistemi ilə təchiz olunmuş mikro-bokslarda yerləşdirilib. Stansiyalarda əhaliyə avtomobilin salonunun təmizlənməsi, təkərlərdə təzyiqin tənzimlənməsi, avtomobilin su təminatı və s. xidmətlər təklif olunur. Kaxetiya şosesində yerləşən qazdoldurma stansiyasında istifadəyə verilmiş marketdə isə müştərilərə 24-saatlıq xidmət göstərilir.
Qeyd edək ki, ARDNŞ Gürcüstanın neft məhsulları bazarına 2006-cı ildə daxil olub və o vaxtdan etibarən liderliyini qoruyub saxlayır. Ölkənin ən böyük vergiödəyicisi statusuna malik olan şirkət fəaliyyətini istehlakçıların rahatlığının təmin olunması istiqamətində qurub. "SOCAR" brendi altında fəaliyyət göstərən 102 yanacaqdoldurma məntəqəsi yüksək keyfiyyətli və komfortlu xidmətlə fərqlənir.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Böyük sənaye potensialı yaradılır: müasir zavodların yaradılması prioritetdir
19.02.2019
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
19.02.2019
Azərbaycan məhsulları “Prodexpo 2019” sərgisində medala layiq görülüb
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info