“Məşqçilər ilk lisenziya yarışında Rəsulun güləşməsini qərara alıblar”
Tarix: 15.03.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


“Beynəlxalq yarışlarda ilk dəfə 71 kq çəki dərəcəsində güləşirdim. Bu səbəbdən rəqiblərim barədə ətraflı məlumatım yox idi”.
Bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Həsən Əliyev deyib. Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında 71 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən idmançı fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. 1/4 finalda serbiyalı Aleksandr Maksimovicə uduzaraq, bürünc medal qazanan təcrübəli pəhləvanımız məğlubiyyətin səbəblərini açıqlayıb: “Düzdü, əvvəllər də güləşdiyim rəqibə uduzdum. Bir az qaydaların çətinləşməyi, hakimlərin qərəzliyi, tez-tez xəbərdarlıq etmələri də məğlubiyyətimdə rol oynadı. Çox ciddi səhvim olmadı. Xəbərdarlıqla rəqib hesabı bərabərləşdirdi və sonra mənə də belə xal verilə bilərdi. Lakin bunu etmədi. Ən azından final güləşmək istəyərdim, amma 3-cü yer oldu. Qarşıda bizi yarışlar gözləyir. İstirahət etməyəcəyik. Olimpiada ilidi, lisenziya ümidimizi üzməmişik”. H.Əliyev ilk lisenziya turnirindən kənar qalacağını da açıqlayıb. O bildirib ki, Dünya Çempionatında bu hüquqa yiyələnmədiyindən Olimpiadada iştirak etmək şansını dünya və Avropa çempionu Rəsul Çünayevlə birgə yoxlayacaqlar: “Məşqçilər korpusu ilk lisenziya yarışında 66 kq çəki dərəcəsində birinci olaraq Rəsulun güləşməyini qərara alıblar. O, 71 kq çəki dərəcəsində Avropa və dünya çempionu oldu. Təki ilk cəhddən bunu qazansın. Həmişə istəmişəm ki, komanda şəklində yaxşı nəticə verək. Avropa çempionatında hamı dilxordur, mən 3-cü yeri tutmuşam, sevinmirəm. Çünki komandada finalçı yoxdur. Allah eləməsin, əgər Rəsul ilk turnirdə lisenziya almazsa, ikinciyə məni planlaşdırıblar. Yəni çəkimi 66 kq-a salıb, mən güləşəcəm. Bunlarla bağlı bütün qərarları məşqçilər verəcəklər. Əsas lisenziyanı əldə etməyimizdir”.
Qeyd edək ki, 71 kq çəki dərəcəsində Olimpiada proqramına daxil deyil. Qarşıda isə yığmamızı Bolqarıstan, Monqolustan və Türkiyədə lisenziya yarışları gözləyir.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info