Türkiyədə PKK-ya qarşı geniş miqyaslı antiterror əməliyyatları keçirilir
Tarix: 15.03.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Türkiyə Silahlı Qüvvələrinin (TSQ) qırıcıları terrorçu Kürd Fəhlə Partiyasının (PKK) İraqın şimalındakı hədəflərinə hava zərbələri endirib. TSQ-nin Baş Qərargahının məlumatına görə, Kandil və Gara bölgələrində aşkarlanmış 18 yeni PKK məntəqəsi bombalanaraq zərərsizləşdirilib.
Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul, İsparta və Adana şəhərlərində də PKK-ya qarşı genişmiqyaslı antiterror əməliyyatları keçiriblər. Terror təşkilatları ilə əlaqədə şübhəli bilinən yüzədək şəxs həbs olunub. Onu da qeyd edək ki, Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində keçirilən əməliyyat nəticəsində paytaxtda törədilən terror aktında şübhəli bilinən 4 nəfər saxlanılıb, daha 3 nəfərin isə axtarışı davam edir. Saxlanılan şəxslər təhqiqat məqsədi ilə Ankaraya aparılıb. Polis idarəsindən verilən məlumata görə, terror hücumunda istifadə olunmuş avtomobil Şanlıurfa şəhərində satın alınıb. Bu arada NATO-nun baş katibi Jens Stoltenberg və Avropa Birliyi Ankaradakı terror hücumunu kəskin şəkildə qınayıb. Stoltenberg Ankaradakı terror hücumu ilə əlaqədar verdiyi açıqlamada bunları deyib: “Ankaranın mərkəzindəki bir avtobus dayanacağının yaxınlığındakı baş verən terror hücumunu kəskin şəkildə pisləyirəm. Ölənlərin yaxınlarına və türk xalqına başsağlığı verir, yaralıların tamamilə və tez bir şəkildə sağalmasını arzu edirəm. Bu cür vəhşicəsinə hücumları heç bir şəkildə qəbul etmək olmaz. NATO, müttəfiqi olan Türkiyə ilə həmrəydir və terrora qarşı hər cür mübarizədə qərarlıdır". Avropa Birliyi də Ankaradakı terror hücumu ilə əlaqədar açıqlamasında Türkiyənin və türk xalqının yanında olduğunu bildirib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”
18.09.2019
Macarıstanda Türk Konseyinin Avropa Qərargahı açılır
18.09.2019
Ermənistan hakimiyyətində istefa dalğası gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info