“Azərbaycan sayəsində biz enerji ehtiyacımızı diversifikasiya edirik”
Tarix: 15.03.2016 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“Düşünürəm ki, Azərbaycana səfərimiz ikitərəfli münasibətlərimizin əla səviyyəsini bir daha təsdiqlədi. Prezident, spiker, baş nazirlə görüşlərimiz zamanı münasibətlərimizin xüsusi xarakterə malik olduğu nəticəsinə gəldik”.
Bunu Çex Respublikası parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek deyib. O bildirib ki, ölkələr arasında mövcud strateji tərəfdaşlıqla bağlı razılaşmanı daha da inkişaf etdirməyə hazırdırlar: “Bu strateji tərəfdaşlığı daha yeni və yüksək pilləyə qaldırmağa hazırıq”.
Səfərin təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən əhəmiyyətə malik olduğunu söyləyən Y. Hamaçek kifayət qədər geniş biznes nümayəndə heyəti ilə Azərbaycana gəldiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, çexiyalı biznes nümayəndələri azərbaycanlı tərəfdaşlarla görüşlər keçirib və əməkdaşlığın yeni yolları ilə bağlı razılığa gəliblər: “Azərbaycan sayəsində biz enerji ehtiyacımızı diversifikasiya edirik. Çex Respublikasının idxal etdiyi neftin 30%-i Azərbaycandan gəlir. Eyni zamanda, ölkələrimiz arasında böyük ticarət defisiti mövcuddur və bunu kompensasiya etmək istərdik.  Düşünürəm ki, maşınqayırma sahəsində əməkdaşlıq üçün kifayət qədər imkanlar mövcuddur. Çex Respublikası maşınqayırma sahəsində böyük istehsalçıdır və bu aspektdən əməkdaşlıq edə bilərik. Bununla yanaşı, digər sənaye məhsulları da ixrac edirik. Görüşlər zamanı, həmçinin, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı müzakirələr apardıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info