“Kyodo News“: “Azərbaycan Yaponiya ilə əlaqələri möhkəmləndirməkdə maraqlıdır”
Tarix: 15.03.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Yaponiyanın nüfuzlu Kyodo News informasiya agentliyi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məxsusi müsahibəsini yayıb.
Yapon, ingilis və Çin dillərində yayımlanmış müsahibədə Əli Həsənovun Tokioya səfəri zamanı Prezident İlham Əliyevin Yaponiyanın Baş naziri Şinzo Abenin Azərbaycana rəsmi səfərə dəvət məktubunu hökumət rəsmisinə təqdim etdiyi bildirilib. Əli Həsənovun sözlərini sitat gətirən agentlik qeyd edir ki, Azərbaycan Prezidentinin köməkçisi Yaponiyanın Baş nazirinin bu səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm təkan verəcəyini vurğulayıb. Bildirilir ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövrdə Yaponiyanın Baş nazirlərindən heç biri bu ölkəyə səfər etməyib.
Müsahibədə cari ilin fevralından başlayaraq Azərbaycanın Yaponiya vətəndaşları üçün viza rejimini sadələşdirdiyi, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müraciətin kifayət etdiyi bildirilir. Qeyd edilir ki, bundan məqsəd yapon iş adamlarını qarşılıqlı mübadilə və investisiya qoyuluşu üçün ölkəyə cəlb etməkdir.
Yaponiyanın Azərbaycanda qrant layihələri həyata keçirən donor ölkə olduğu, bu məqsədlə təkcə 2013-cü ildə 42,9 milyon dollar ayırdığı qeyd edilib. Yaponiya hökumətinin məlumatına görə, 2015-ci ildə bu gündoğar ölkədən Azərbaycana ixrac 8,9 milyard yen (təqribən 78,2 milyon dollar) təşkil edib. İdxalı artırmaq üçün isə böyük potensialın olduğu vurğulanıb.
Azərbaycanın zəngin təbii ehtiyatları barədə danışan Əli Həsənov bildirib ki, neftin qiymətinin kəskin aşağı düşməsi manatın devalvasiyası ilə nəticələnib. Buna baxmayaraq ölkəmiz 2018-ci ildən başlayaraq Avropaya təbii qaz ixrac edəcək və bu məqsədlə TAP layihəsinin reallaşması davam edir.
Müsahibədə Azərbaycanın həm də nəqliyyat-kommunikasiya xətlərinin yaradılması istiqamətində layihələr həyata keçirdiyi, Bakını Şərqi Türkiyə ilə birləşdirəcək dəmir yolu xətti barədə də məlumat verilib. Bu layihənin isə cari ilin avqust-sentyabr aylarında yekunlaşacağı qeyd edilib. Vurğulanıb ki, məhz bu layihənin reallaşması nəticəsində Azərbaycan Yaponiyanı Çin və Mərkəzi Asiya ölkələri vasitəsilə Avropaya birləşdirən körpüyə çevriləcək. Bu körpü yalnız dəmir yolu xətlərini deyil, eyni zamanda, dəniz yolunu da əhatə edəcək.
Xatırladaq ki, müsahibədən sonra Kyodo News agentliyi prezidenti aparatının rəhbəri Sigeyuki Yoşida ilə görüşən Əli Həsənov dost ölkələrimiz arasında informasiya mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
Ermənistanın BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına veto qoyulmalıdır
24.09.2020
Gürcüstanın Baş Naziri Ceyhun Bayramovu qəbul edib
24.09.2020
Ordumuzun daha da gücləndirilməsi üçün ciddi işlər görülür
24.09.2020
Regional sülh, təhlükəsizlik və tərəqqinin təmin edilməsində qətiyyətliyik
23.09.2020
Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info