“Təhsil, elm və mədəniyyət“ qrupu üzrə keçirilən seçkinin nəticəsi məlum olub
Tarix: 15.03.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Təhsil, elm və mədəniyyət” qrupu üzrə seçki keçirilib. İclasa açıq səsvermə ilə Məhərrəm Zülfüqarlı sədr, Venera Əsgərova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Məhərrəm Zülfüqarlı iclasda qeydə alınmış 100 QHT nümayəndəsindən 98-nin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.
Şura üzvlüyünə namizədlər “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Etibar Əliyev, “İntellekt” Elmi-texniki İnkişafa Dəstək İctimai Birliyinin sədri Yasin Kərimov, Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri Azay Quliyev, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev, “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov iclasda çıxış ediblər. Etibar Əliyev namizədliyini Azay Quliyevin xeyrinə geri götürdüyünü açıqlayıb.
Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Azay Quliyev (95 səs), Yaşar Zeynalov ( 15 səs) və Yasin Kərimov (10 səs) olub.
Qeyd edək ki, sabah “Gənclər və vətənpərvərlik tərbiyəsi” qrupu üzrə seçkilər keçiriləcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info