Şeyxülsilam “İŞİD”in məhvində Rusiyanın səylərini dəstəklədiyini bildirib
Tarix: 15.03.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqazda səfərdədir.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərinin “Forum” dövlət konsert zalında Kabarda-Balkar Müsəlmanlarının VII Qurultayı keçirilib. Qurultayda Kabarda-Balkar Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri, müfti və qazı vəzifələrinə seçkilər keçirilib.
Qurultayın işində QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. A. Paşazadə qurultayda çıxış edib. O, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiq edilən RF milli təhlükəsizlik strategiyasını xatırladıb. Həmin sənəddə Rusiya Federasiyası xalqlarının tarixən formalaşmış vahid mənəvi-əxlaqi və mədəni-tarixi dəyərləri sistemi, eləcə də Rusiya Federasiyasının çoxmillətli xalqının özünəməxsus mədəniyyətinin Rusiya mədəniyyətinin ayrılmaz hissəsi olduğu qeyd edilir. QMİ rəhbəri Rusiyanın terrorun, xüsusilə də öz mənfur əməlləri ilə böyük dünya dinlərindən olan İslamın adını ləkələyən, öz zorakılıqları ilə dünya birliyinin gözündə İslamın adının terror, vandalizm və cəhalətlə birlikdə çəkilməsinə səbəb olan “İŞİD”in kökünün kəsilməsi istiqamətində Rusiyanın səylərini dəstəklədiyini bildirib. QMİ sədri əmin olduğunu söyləyib ki, ekstremizmə və radikallığa yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini təşkilatların birgə səyləri ilə qalib gəlmək olar: “Rusiya Federasiyasının da, Azərbaycan Respublikasının da dövlət siyasəti insanları milli və dini mənsubiyyətlərinə görə ayırmır, məhz buna görə də vətəndaşlarımız arasında nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur. Bunun zəmanəti isə xalqlarımızın və rəhbərlərimizin müdrikliyidir”.
Qurultay başa çatdıqdan sonra A. Paşazadə Kabarda-Balkar Respublikası rəhbərinin administrasiya rəhbəri Muhammed Kodzokovla görüşüb. Həmin gün QMİ nümayəndə heyəti Çerkessk şəhərinə yola düşüb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info