Qlobal İƏT Model Forumunun keçirilməsi planlaşdırılır
Tarix: 15.03.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Artıq 6 ildir ki, Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsinə növbəti dəfə start verildi. İƏT Gənclər Forumu tərəfindən 40-a yaxın ölkədə eyni zamanda təşkil edilən layihə, Azərbaycanda İƏT Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı əsasında həyata keçirilir.
"İƏT Modeli: Beynəlxalq Münasibətlər Akademiyası Azərbaycan - 2016" layihəsi çərçivəsində bu yaxınıarda Bakı Dövlət Universitetində baş tutan birinci təlimdə ilk məruzəçi İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzin direktoru Elçin Əsgərov oldu. O, İƏT Model strukturu, tarixi, vəzifəsi və məqsədləri barədə geniş məlumat verdi.
Təlimin ikinci hissəsi Fələstin dövlətinin fövqaladə və səlahiyətli səfiri cənab Nasser al Raheem tərəfindən Fələstin-Azərbaycan münasibətləri və Fələstinin İƏT-də rolu mövzusunda mühazirəsi baş tutdu. İlk mühazirə gənclərin Fələstin səfirinə yönləndirdiyi sualların cənab Səfir tərəfindən cavablandırılması ilə yekunlaşdı.
Proqramda Bakı Dövlət Universiteti başda olmaqla 15-dən artıq ali məktəbi təmsil edən 120-dan artıq gənc iştirak edir. 6 həftə ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olacaqlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, diplomatlar, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar.
Qeyd edilən müddət ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar simulyasiya oyunları çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. Müzakirələrin nəticəsi olaraq may ayında simulyasiya oyunları çərçivəsində “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantı keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcəkdir.
Tədbirlərin yekunu kimi İƏT-in 40-a yaxın ölkəsini təmsil edən gənc liderlərin iştirakı ilə, İƏT-ə üzv ölkələrin birində “Qlobal İƏT Model Forumu”nun keçirilməsi planlaşdırılır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info