«Bakı Metropoliteni»ndən ödənişsiz kurslar
Tarix: 15.03.2016 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


“Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinə aid ödənişsiz kurslar başlayıb.
Fevralın 25-də «Bakı Metropoliteni» QSC tərəfindən «Qatarın qəbulu və yola salınması üzrə növbətçi» peşəsi vəzifəsi üçün elan edilmiş müsabiqə başa çatıb. Martın 14-dən etibarən Təlim-Tədris Mərkəzində 1 aylıq ödənişsiz kurslara start verilib. Həftənin hər iş günü 4 qrupdan ibarət 2 saat müddətində keçiriləcək peşə dərsləri metropolitenin mütəxəssisləri tərəfindən tədris olunacaq . Kursu bitirən namizədlərdən sınaq imtahanlarını uğurla keçənlər Hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 2200 müraciət daxil olmuşdu. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası ilkin seçmələrdən sonra 500 nəfəri müsabiqəyə dəvət etmişdi. Qeyd olunan tələblərə cavab verən 500 namizəddən 82 nəfər kadr komissiya tərəfindən kurslara cəlb olunub.
Məlumat üçün bildirək ki, əvvəllər bu peşə üzrə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində təlimatları mənimsəyən, müəyyən təcrübə toplayan işçilər imtahan verdikdən sonra peşə bacarıqlarının qənaətbəxş olub-olmaması bəlli olurdu. Bu isə, həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əksəriyyəti xanımlardan ibarət olan növbətçi peşəsinə, hazırda oğlanların da marağı artıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info