Nəsimi rayonunda Yaşıl Marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib
Tarix: 15.03.2016 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kompaniyası davam etdirilərək artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.
Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ümimrespublika Yaşıl marafon layihəsi çərçivəsində ağacəkmə aksiyasiları davam edir. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, , təsərrüfat xidmətlərinin – ümumilikdə 300 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində ağacəkmə aksiyası təşkil olunmuşdur.
İlk növbədə Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdir. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuşdur. Keçirilən aksiya zamanı yeni ağaclar əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Nəsimi rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info