Xaricilərə millətimizlə bağlı rəğbət hissi aşılamalıyıq
Tarix: 15.03.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Aysel Sultan |

Bu yazıda konkret olaraq, millət kimi xarici vətəndaşlar qarşısında özümüzü hansı mövqedən təqdim etməyimizin əhəmiyyətini müzakirə edəcəyəm.
Katy Pearcei çoxumuz tanıyırıq. Azərbaycana tənqidi münasibəti ilə diqqət cəlb etməyə çalışır. O həm də, Vaşinqton Universitetində dosentdir və mütəmadi olaraq postsovet ölkələrindən Ermənistan və ən çox da Azərbaycan haqqında elmi məqalələr dərc etdirir. Bu gün, təsadüfən, qarşıma K.Pearcein Azərbaycanda şəxsiyyətlərarası münasibətlərdə sosial şəbəkələrin roluna dair 2014-cü ildə dərc etdiyi məqaləsi çıxdı. Elmi jurnalda çap olunmasına baxmayaraq, məqalədəki məlumatlar həm təqdim olunma tərzi, həm də əsassız ümumiləşdirmələri ilə şübhəli təəssürat doğurur. Məqalədə 16 nəfər 20-30 yaşarası azərbaycanlıdan alınan müsahibələr nəticəsində, müəllif insanların sosial şəbəkələrdəki ünsiyyəti necə dəyərləndirdiyi haqqında yazır. Məqalə boyu azərbaycanlıları dəfələrcə “etimadsız” adlandırır, cəmiyyətdə insanların bir-birinə güvənsizliyindən, münasibətlərin “əvəz-əvəz” və “xeyirgüdmə” prinsipi ilə qurulduğundan, bu prinsiplərin hətta sosial şəbəkələrdəki kommunikasiyada da əks olunduğunu deyir. Vurğulayım ki, intervü verən şəxslərin fikirləri məqalənin əsas istinad mənbəyi kimi gətirilir (orientasiyalı tədqiqatlarda olduğu kimi).
Açığı, məqaləni oxuduqca, qəzəbləndim və xeyli məyus oldum. Ona görə yox ki, yazılanlar reallığı əks etdirmir. Ona görə ki, tədqiqatda iştirak edən – könüllü olaraq müsahibə verən şəxslərin öz fikirləri neqativ və tənqidi annotasiya daşıyır. Şəxsən mən elə düşünürəm ki, bir ölkənin siyasi, yaxud iqtisadi vəziyyəti barəsində yazılan məqalələri hələ millətin nümayəndələrinin, xüsusilə də, mədəniyyətinin təzahürü kimi qarşılamamaq olar. Lakin bir millətin xarakteristikasının neqativ təqdim edilməsi ağrılı hissdir. Hər birimiz ölkəmiz, millətimiz, mentalitetimiz haqqında ağızdolusu şikayətlənə bilirik və bunu həm öz aramızda, həm də xaricilərlə ünsiyyətdə edirik. Yalnız bu sadəlövhlüyümüzün nəticəsi olaraq, Azərbaycan haqqında bilik sahibi olmaq istəyən xaricilərdə özümüz haqqında, bir millət olaraq özgüvəni aşağı, pessimist təəssürat yaradırıq. Bu təbii ki, bir ümumiləşdirmə deyil, yalnız, diqqət etməli olduğumuz bir məqamdır. Fərdin hər hansı bir millətə aidiyyətindən dolayı qürur duyması, onun şəxsiyyətini müsbət mənada tamamlayan məqamdır. Milləti, mədəniyyəti ilə fəxr etməyən bir fərdin özgüvəni davamsız olur. Və bu, icbari bir duyğu deyil. Situasiyaya görə dəyişir. Yalnız milli kimliyi təşkil edən komponentlərə hörmət etmək və onları qorumaq – şəxsi özünəinamı qorumaq deməkdir.
Dərk etməliyik ki, ölkəmizi və millətimizi tənqid edərkən, əslində, özümüzdəki ona olan aidliyi sevmədiyimizi göstəririk. Bu cür yanaşma destruktiv xarakter daşıyır. Bu səbəbdən, xarici ekspertlərə, tədqiqatçılara, dost və tanışlara millətimiz haqqında danışarkən, düşüncəli davranmağımızı istəyirəm. Cavablarımızda ölkəmizə olan rəğbət hissini aşılamağımızı istəyirəm. Bir azərbaycanlı olmağın üstünlükləri, qürur duyulası məqamları nədirsə, onları düşünməyimizi və onlardan danışmağımızı istəyirəm. Bacarmırıqsa, bu o demək deyil ki, o məqamlar yoxdur, bu o deməkdir ki, biz neqativə və alışdığımız tənqidə müsbət məqamları üstələməyə imkan yaradırıq.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info