Suriyada beş ildə 88 jurnalist həyatını itirib
Tarix: 15.03.2016 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Suriyada 15 mart 2011-ci ildə başlayan vətəndaş müharibəsinin 6 ili tamam olub. 235 mindən çoxu mülki vətəndaş olmaq üzrə, 361 min nəfər müharibənin qurbanı olub. 609 həkimin öldürüldüyü Suriyada 180 min nəfər məhbus vəziyyətdədir.
Suriyada beş ildir davam edən münaqişə ərzində 88 jurnalist öldürülüb. Bu barədə məlumat dünya ictimaiyyətini münaqişə zonalarında fəaliyyət göstərən mətbuat nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbir görməyə çağıran “Press Emblem Campaign” qeyri-hökumət təşkilatı tərəfindən dərc olunub. QHT Suriyada beş ildə 88 jurnalistin ölümünü sənədləşdirib. BMT-nin İnsan Haqları üzrə Şurasının Cenevrədə keçirilən 31-ci sessiyasında təşkilatın nümayəndəsi təkcə keçən il Suriyada 13 jurnalistin, bu ilin yanvar ayında isə 2 jurnalistin həlak olduğunu bildirib. Təşkilat Suriyanın ardıcıl olaraq dörd ildir KİV əməkdaşları üçün ən təhlükəli ölkələr sırasında yer aldığını qeyd edir. Türkiyə və ətraf ölkələrin sərhədlərini açmasına baxmayaraq, daha yaxşı bir həyat xəyali ilə Avropa ölkələrinə getmək istəyən mühacirlər sərhəd qapıları və dənizlərdə həyatlarını itirirlər. Mühacir axını qarşısında Almaniyanın liderliyində AB Komissiyası, 160 min mühacirin üzv ölkələrə kvota sisteminə görə paylanması qərarı vermişdi. Amma Avropa ölkələri bi qərara əməl etmir. Qeyd edilir ki, hər ay Avropaya gedən mühacirin sayı 150 min nəfər çata bilər. Türkiyənin Baş nazirinin müavini Yalçın Akdoğan deyib ki, Türkiyədəki suriyalı miqrant sayı 2 milyon 733 min 784 nəfər, 26 müvəqqəti sığınma mərkəzində qalan suriyalı sayı isə 282 min 815 nəfərdir. Qeyd edək ki, Avropa Birliyi -Türkiyə zirvəsində mühacir yükünü ən çox boynuna götürən Türkiyəyə 2018-ci ilin sonuna qədər əlavə 3 milyard avro verilməsi qərara alınıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info