İquayn Ronaldoya çatdı
Tarix: 15.03.2016 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Avropanın ən məhsuldar futbolçusu üçün təsis olunan “Qızıl buts” mükafatı uğrunda mübarizədə ikihakimiyyətlilik yaranıb. “Napoli”nin argentinalı hücumçusu Qonzalo İquayn İtaliya çempionatının “Palermo” ilə oyununda qol vurub, 1-ci pilləyə şərik olub.
27-ci qol sayəsində xal hesabını 54-ə çatdıran cənubi amerikalı İspaniya “Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldo ilə eyni göstəriciyə malikdir. Sonuncu hesabat turunda qola həsrət qaldığından üstünlüyünü əldən verib. Hesabında 54 xal olan liderləri Luis Suares (“Barselona”) və Jonas (“Benfika”) izləyir. Hərəyə 26 qol vuran bu cütlüyün hesabında 52 xal var. Almaniya çempionatının bombardirlərindən Robert Levandovski (“Bavariya”) 48, Pyer Emerik Obameyanq (“Borussiya”) 44 xala malikdir. “Barselona”nın argentinalı ulduzu Lionel Messi də sonuncu ilə eyni göstəriciyə malikdi. 27 dəfə fərqlənən Zlatan İbrahimoviç (PSJ) və Eran Zahavi (“Makkabi” Təl-Əviv) çıxış etdikləri çempionatın əmsalı 1,5-ə bərabər olduğundan 40,5 xal toplayıblar.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info