Multikulturalizmin təbliği turist axını üçün yeni imkandır
Tarix: 15.03.2016 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov: “Multikultural cəmiyyət və turizm” mövzusunda beynəlxalq konfrans “Tarixi-mədəni turizm”, “Etnoqrafik turizm”, “Qastronomik turizm” kimi turizm növlərinin inkişafına səbəb ola bilər”
Bugünlərdə ölkə başçısınıın sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planı təsdiq edilib. Tədbirlər planı çərçivəsində bir çox tədbirlərin təşkili öz əksini tapıb ki, burada “Multikultural cəmiyyət və turizm” mövzusunda Ümumdünya Turizm Təşkilatı ilə birlikdə konfransın təşkili də nəzərdə tutulub. Qeyd edək ki, cari il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə təşkil olunan IV Qlobal Bakı Forumunda çıxışı zamanı ölkə başçısı da bildirib ki, müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşayıblar və biz bununla fəxr edirik: “Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da güclənib. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, bu, cəmiyyətdə olan əhvali-ruhiyyənin təcəssümüdür. Bu isə çox vacibdir ki, həmin sahədə dövlət siyasəti və ümumi ab-hava bir-birindən fərqlənmir”.
Bu gün turizm də ölkəmiz üçün prioritet bir sahədir. Məhz bunun nəticəsidir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” hazırlanıb. Yəni ölkəmizdə “Multikultural cəmiyyət və turizm” mövzusunda konfransın təşkili də təsadüfi deyil. Mütəxəssislər hesab edir ki, turist səyahətləri insanların, sadəcə, bir yerdən başqa bir yerə getməsi deyil, eyni zamanda mədəniyyət, iqtisadiyyat və cəmiyyətin qarşılıqlı əlaqələrinin qurulmasıdır. Turizm sayəsində insanlar başqa ölkələrin, öz ölkələrindən kənardakı gözəlliklərə, həm keçmişdə yaşamış insanların qoyub getdikləri mədəni miraslara, həm də gələcək nəsillərə ötürmənin vacibliyinə inanaraq həyata fərqli yöndən baxa bilirlər. Həmçinin turizm insanların cəmiyyət içində birlikdə yaşamalarının da məlum bir istiqamətini təşkil edən ictimai bir hadisə kimi də qəbul edilir.
Bu baxımdan səyahətlər və qonaqlamalar zamanı yaranan münasibətlər, fərqli təhsil, sosial və mədəni quruluşlara malik cəmiyyətlər arasında bir əlaqə, eləcə də tədricən məlumat, adətlər, mədəni quruluşlarda dəyişikliklərə səbəb olur. Turizmin insanın həyatındakı önəmi qədər cəmiyyət baxımından da böyük önəmi var. Turizm bir cəmiyyətin dünyagörüşünü, anlayışını və başqa ölkə insanları haqqındakı düşüncələrinə təsir edən sosial bir hadisədir. Başqa ölkələrə səyahət edən insanlar həmin ölkənin insanlarına müxtəlif baxımdan təsir edə biləcəkləri kimi onlardan da təsirlənə bilirlər.
Beləliklə, turizmi mədəniyyətlər arasındakı əlaqəni, ünsiyyəti, qarşılıqlı anlayışı yaradan, bununla da dünyada sülhə dəstək olan bir sahə kimi görürlər.
Turizm fərqli mədəni quruluşlara sahib cəmiyyətlərin əlaqə qurmasına imkan yaradan bir sosial-iqtisadi hadisə adlandırılır. Turizm fərqli mədəniyyətlərin tanınması üçün önəmli bir vasitədir.
Ölkəmizdə “Multikultural cəmiyyət və turizm” mövzusunda Ümumdünya Turizm Təşkilatı ilə birlikdə konfransın təşkil olunmasını mütəxəssislərimiz mühüm hadisə hesab edirlər. Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Bahadur Bilalov bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi və tədbirlər planının təsdiq edilməsindən sonra tədbirlər planının 31-ci bəndində may ayında “Multikultural cəmiyyət və turizm” mövzusunda Beynəlxalq konfransın təşkili nəzərdə tutulub: “Təşkilatçılar kimi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi göstərilib və bu məsələdə Ümumdünya Turizm Təşkilatının yardımından bəhrələnmək tövsiyə edilib. Məlum olduğu kimi, “Multikulturalizm” çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən söz olmaqla, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətin milli mədəniyyətinə inteqrasiyasına yönəldilməsidir. “Multikulturalizm” tolerantlığı təcəssüm edir və onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Danılmaz faktdır ki, Azərbaycanımız bir çox millətlərin yaşadığı bir ölkədir. Ərazisinin çox da böyük olmamasına rəğmən Şimaldan Cənuba, Şərqdən Qərbə doğru hərəkət etdikcə burada məskunlaşan çoxsaylı millətlərin yaratdıqları mədəniyyət nümunələrinə rast gəlmək mümkündür. Təbii ki, bu mədəniyyətlər birləşərək vahid Azərbaycan mədəniyyətini təşkil edir. Təbii ki, bu mədəniyyət nümunələri turizmdə geniş istifadə edilir. Bu baxımdan adıçəkilən beynəlxalq konfransın əhəmiyyətini çox yüksək qiymətləndirirəm”. Mütəxəssisin fikrincə, belə bir konfransın ölkəmizdə keçirilməsi, azsaylı xalqların nadir mədəniyyəti, yaşam tərzi, zəngin mətbəxləri və digərləri ilə tanış olmaq həvəskarlarının Azərbaycana səfər etmək motivasiyasını təşkil edə bilər: “Sadaladığım məsələlər “Tarixi-mədəni turizm”, “Etnoqrafik turizm”, “Qastronomik turizm” kimi turizm növlərinin inkişaf etdirilməsinə imkan verir ki, bu da ölkəmizə xaricdən turist axınına səbəb ola bilər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info