Bayram münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçiriləcək
Tarix: 16.03.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrdə keçiriləcək tədbirlər planını təsdiq edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda silsilə bayram tədbirləri keçiriləcək. Bayram günlərində “Heydər Əliyev və Azərbaycan xalqının milli mənəvi dəyərləri” mövzusunda mühazirələrin, tarixçilərin, folklorşünas alimlərin, veteranların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”ların, bir sıra mədəni-kütləvi tədbirlərin təşkili, eləcə də “Əsgər baharı-2016” festivalının keçirilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları ilə birgə hərbi hissələrdə, hərbi tibb və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi, şəxsi heyətə sovqatların çatdırılması planlaşdırılıb. Bayram ərəfəsində hərbi hissələrin yaxınlığındakı Şəhidlər xiyabanları, qardaşlıq qəbiristanlıqları, şəhid məzarları və abidələri olan ərazilərdə abadlaşdırma işlərinin aparılması, eləcə də milli idman növləri üzrə yarışların, sərgilərin, əsgər yaradıcılığı müsabiqələrinin təşkili də planda öz əksini tapıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info