“CQDY üstün mövqeyindən sui-istifadə edərək, yükdaşımaların tariflərini artırıb”
Tarix: 16.03.2016 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası Cənub-Qafqaz Dəmir Yolunu (Rusiya Dəmir Yollarının törəmə şirkəti, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir) tarifləri əsassız qaldırmaqda şübhəli bilərək, müvafiq materialları Rusiya Federasiyasının Antiinhisar Xidmətinə təqdim edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ötən gün Ermənistan parlamentində komissiyanın sədri Artak Şaboyan bildirib.   
“Cənub-Qafqaz Dəmir Yolu (CQDY) üstün mövqeyindən sui-istifadə edərək, yükdaşımaların tariflərini artırıb. Cənub-Qafqaz Dəmir Yolu bu qərarı 9 mlrd dram (18 mln dollar) ziyan çəkməsi ilə əlaqələndirib”, - deyə Şaboyan qeyd edib.
Şaboyan satınalmalar və xərclərin hesablanmasında bundan əvvəl də pozuntuların aşkarlandığını diqqətə çatdırıb.  
Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası hesab edir ki,  CQDY inzibati və digər xərcləri əlavə etməklə sərmayələrin həcmini süni şəkildə artırır. Bundan başqa, komissiya Rusiya Dəmir Yollarının törəmə şirkətini  Ermənistanın dövlət satınalmaları haqqında qanuna əməl etməməkdə və əksər hallarda saxta tenderlər təşkil etməkdə ittiham edib.
Bu hallar barədə dövlət komissiyası hələ 2015-ci ilin payızında məlumat vermişdi. Rusiya Federasiyasının Antiinhisar Xidmətinin o zamankı rəhbəri İqor Artemyev materialları nəzərdən keçirəcəyini və öz  istintaqının aparacağını vəd etmişdi.      
Qeyd edək ki, Cənub-Qafqaz Dəmir Yolu Rusiya Dəmir Yollarının törəmə şirkəti olaraq,  Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info