114 yeni xarici şirkət yaradılıb
Tarix: 16.03.2016 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Bu ilin əvvəlindən indiyədək Azərbaycanda xarici investisiyalı 114 müəssisə yaradılıb. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib. « Vergilər Nazirliyinin vergi ödəyicilərinin qeydiyyatı ilə bağlı informasiya bazasının martın 11-ə olan məlumatlarına əsasən, ölkəmizdə cari ilin əvvəlindən 25508 sayda vergi ödəyicisi qeydiyyata alınıb. Onlardan 23828-i fiziki şəxs, 1680-i hüquqi şəxs, o cümlədən, 114-ü xarici investisiyalı müəssisədir»-deyə məlumatda bildirilir.
Nazirlik bildirib ki, qeyri-neft sektorunda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin maraq dairəsi də genişlənib. Onları cəlb edən sənaye, tikinti, nəqliyyat kimi sahələr sırasına turizm, xidmət və ticarət də əlavə olunub. Ölkəmizin biznes sektoruna daxil olan ölkələrin müxtəlifliyi də artıb: «Məsələn, yeni qeydiyyata alınmış müəssisələrdən kommersiya fəaliyyəti və idarəetmə sahəsində ixtisaslaşan “Sparkassen Advisory Services” MMC Almaniyanı, mühəndis avadanlıqlarının quraşdırılması ilə məşğul olan “General Engineering Services and Supply Company LP” Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını, bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi ilə məşğul olan “Trea International Group, İNC” şirkəti Amerika Birləşmiş Ştatlarını, nəqliyyat sahəsində ixtisaslaşmış “SKYBUS” MMC Estoniyanı, “United Alliance Group LTD” şirkəti Birləşmiş Ərəb Əmirliklərini, “Vega International Car Transport & Logistic-Trading Gesellschaft” şirkəti Avstriyanı, “DB International GMBH” şirkəti Almaniyanı, kartoqrafiya fəaliyyəti göstərən “AİRBUS Ds Geo Sa” şirkəti Fransanı, neft və təbii qaz sahəsində fəaliyyət göstərən “Qinterra Technologies AS” və “EPİ limited” şirkətləri Norveç Krallığını, tikinti sektorunda çalışan “LAB TEC” MMC İran İslam Respublikasını, turizm xidmətləri göstərən “Kroun Konsaltinq” şirkəti Ukraynanı, rezin məmulatların istehsalı ilə məşğul olan “Coşkun Kauçuk” MMC qardaş Türkiyəni təmsil edir».
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info