MN: “Mərkəzi Hərbi Poliklinika yeni tibbi avadanlıqlarla təchiz olunub”
Tarix: 16.03.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


“Mərkəzi Hərbi Poliklinika hərbi tibb sahəsində çox mühüm bir obyektdir. İlkin müraciətlər bura olur və həkimlərimiz mümkün olduğu qədər tez bir zamanda müayinələr apararaq bütün lazımi əməliyyatları yerinə yetirirlər. Bölmələrimiz yeni tibbi avadanlıqlarla təchiz olunub”. Bunu Müdafiə Nazirliyinin (MN) Mərkəzi Hərbi Poliklinikasının rəisi, tibb xidməti polkovnik-leytenantı Mehriban Quliyeva “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, MN-nin Mərkəzi Hərbi Poliklinikasında şəxsi heyətin müayinə və müalicəsi üçün zəruri bölmələr və kabinetlər fəaliyyət göstərir: “Poliklinika Bakı Qarnizonu hərbi hissə və təşkilatlarının zabit, gizir və əsgərlərinin ambulator müayinə və müalicəsini  aparır. Burada hərbi qulluqçularla yanaşı, onların ailə üzvləri və mülki vətəndaşlar da ambulator müayinə və müalicə alırlar”.
M. Quliyeva əlavə edib ki, həkimlər peşə səriştələrini artırmaq üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilir: “Bununla yanaşı, mütəxəssislər müvafiq dövrdə Hərbi Tibb fakültəsində ixtisasartırma kursları keçirlər”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info