Avropa Parlamentinin deputatı:  “Gəlin Azərbaycandan üzr istəyək”
Tarix: 16.03.2016 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


“Şərq tərəfdaşlığı" proqramı məntiqi olaraq çıxılmaz vəziyyətə düşüb.
Bunu Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin “rubaltic.ru” analitik portalına müsahibəsində deyib.
O qeyd edib ki, "Şərq tərəfdaşlığı"na daxil olan 3 ölkə - Ermənistan, Azərbaycan və Belarus Avropa İttifaqının ancaq dünyada sülhlə bağlı çağırışlarını dəstəkləməyə hazır olduğunu bildirib.
“Azərbaycanı incitdiyimiz üçün o, bizimlə parlamentlərarası əlaqələr çərçivəsində bütün əməkdaşlığı dayandırdı. Ukrayna, Gürcüstan, Moldova isə Avropa İttifaqı ilə assosiasiya sazişi imzaladı və bundan sonra "Şərq tərəfdaşlığı" məntiqi olaraq çıxmaz vəziyyətə düşdü”, - deyə o qeyd edib.
Yeni proqram hazırlanmalı olduğunu deyən deputat ilk növbədə Azərbaycanla münasibətlərin düzəldilməsinin vacibliyini vurğulayıb: "Birincisi, gəlin Azərbaycandan üzr istəyək. Azərbaycanda insan haqları, media azadlığı ilə problemlər ola bilər, lakin biz Avroparlament olaraq bunu Bakıya təhqiramiz formada çatdırdıq. Azərbaycan üçün yeni nəsə fikirləşmək lazımdır. Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir? Təkcə ucuz qaz mənbəyidir? Yoxsa, biz hələ də hesab edirik ki, Azərbaycan Cənubi Qafqazda böyük, vacib aktordur və biz bu ölkəyə terrorizmlə mübarizə və s. məsələlərdə etibar edirik?
Biz - Avropa İttifaqı ölkələri "Şərq tərəfdaşlığı"na daxil olan ölkələrdən nə istədiyimizi müəyyənləşdirə, “Şərq tərəfdaşlığı”nın hazırkı formasında postsovet ölkələrinə nə isə verə bilmirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info