Şeyxülislam Rusiyada qurultayda çıxış edib
Tarix: 16.03.2016 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Çerkessk şəhərində Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının IX hesabat-seçki qurultayı keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, qurultayın işində respublikanın bütün şəhər və kəndlərindən seçilən nümayəndələr, eləcə də Rusiya Federasiyasının Şimali Qafqaz Federal dairəsinin subyektlərinin ruhani idarələrini təmsil edən qonaqlar iştirak ediblər.
QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də dəvətli qonaqlar arasında olub. Nümayəndə heyətində QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, idarənin əməkdaşları təmsil olunub.  İranın Ali Dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətül-İslam Seyid Əli Əkbər Ocaq Nejat isə qurultayın fəxri qonağı kimi tədbirdə iştirak edib.
Şimali Qafqaz Xalqlarının Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi İsmayıl Berdiyev ruhani idarəsinin ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat verib. Müfti bildirib ki, Qaraçay-Çərkəzdə 130 məscid fəaliyyət göstərir, bu ibadət ocaqlarının işinə 118 imam cavabdehdir. Onlardan 30 nəfəri Əbu Hənifə adına İslam İnstitutunun məzunudur. “Həqiqi İslamın təbliğ edildiyi məscidlərin tikintisi mənəvi və əxlaqi dəyərlərin möhkəmlənməsinə, dini maarifçiliyin genişləndirilməsinə, nəticədə isə terror və ekstremizmin kökünün kəsilməsinə xidmət edir”-deyə İ.Berdiyev qeyd edib. Nümayəndələr sədrin hesabatını qəbul ediblər. Qurultaydakı müzakirələrdən sonra açıq səsvermə yolu ilə İsmayıl Berdiyev yenidən Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri və Müftisi seçilib.
Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə də sədrin fəaliyyətini müsbət qiymətləndirib: “İsmayıl Berdiyev Qafqaz xalqlarının birliyi, çoxmillətli cəmiyyətdə mənəviyyat və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə illərlə göstərdiyi fəaliyyəti ilə özünün təcrübəli və müdrik din xadimi olduğunu təsdiq edib”.
QMİ sədri bildirib ki, bu ərazilərdə yaşayan müsəlmanları müqəddəs din birləşdirir.
Şeyxülislam həmçinin, Azərbaycanda öz bəhrəsini verən dinlərarası əməkdaşlığın unikal təcrübəsi barədə də tədbir iştirakçılarına geniş məlumat verib.
Qurultayın sonunda Müfti İsmayıl Berdiyev Ruhani İdarəsinin yeni təsis olunan medalını bir neçə din xadiminə təqdim edib. Təltif edilənlər arasında İranın Ali Dini rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-İslam Əli Əkbər Ocaq Nejat da var.
Qurultay Rusiya müsəlmanlarına və ölkə prezidenti Vladimir Putinə müraciət qəbul edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info