Niderland mediası milli diasporun yerli partiya fəalları ilə görüşündən yazıb
Tarix: 16.03.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi Xocalı soyqırımı ərəfəsində Niderland-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Niderlandın aparıcı siyasi partiyası olan PvdA-nın millət vəkili xanım Marja Van Der Meer və partiyanın fəal üzvləri Hetty Jansen, Niels De Vries, Grietje Weeringa və s. ilə görüş keçirmişdi. Bu görüş haqqında Niderland mediasında “Yerli və əcnəbi siyasətçinin görüşündən öyrənilən yeniliklər” başlıqlı xəbər verilib. Xəbərdə iki xalq arasında dostluq münasibətlərinin genişləndirilməsi haqqında yazılıb. Həmçinin Azərbaycan ərazisinin 20%-nin işğal olunması, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün düşməsi haqqında məlumat verilib.
Xəbərdə Niderland-Azərbaycan Evinin PvdA ilə gələcəkdə həyata keçirəcəkləri layihələrdən danışılır.
Yazıda Elxan Mirhəşimli və Niderland-Azərbaycan Evinin fəaliyyəti haqqında da məlumat verilib. Qeyd edək ki, görüşdə Niderland Azərbaycan Evinin mətbuat katibi və hüquqşünası Mədinə Mirhəşimli də iştirak edib.
Xatırladaq ki, PvdA 70 il ərzində Niderlandın aparıcı siyasi partiyasına çevrilib. Hər seçkilərdə 30-50 faiz səs toplayaraq nazirlər kabinetində bir neçə nazirliyə rəhbərlik edirlər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info