Bayrama görə 250-dək nəqliyyat vasitəsi gətirildi
Tarix: 16.03.2016 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə kompleksin rəsmisi Məhəmməd Abdullayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi martın 15-dən 28-nə qədər gücləndirilmiş iş rejimində işləyəcək: "Bayram öncəsi sərnişin sıxlığını nəzərə alaraq kənardan 250-dək sərnişin daşıyan nəqliyyat vasitəsi ehtiyat kimi dəvət edilib. Adi günlərdə avtovağzaldan 300-340 nəqliyyat vasitəsilə 7-8 min sərnişin yola salınırdısa, bayram günlərində 600-700 nəqliyyat vasitəsilə 16-17 min nəfər sərnişinin yola salınması nəzərdə tutulur".
M.Abdullayev bildirib ki, adi günlərdə olduğu kimi, bayram günlərində də sərnişin avtobuslarına bilet satışı 10 gün əvvəldən həyata keçirilir: "Bilet satışları həm Avtovağzalın kassalarından, həm də online satış vasitəsilə həyata keçirilir. Bilet satışında süni qiymət artımı hallarının qarşısını almaq üçün avtovağzal rəhbərliyi kənardan dəvət olunan nəqliyyat vasitələrinə nəzarət etmək üçün 11 nəfərdən ibarət Qiymət Komissiyası yaradıb. Əgər nəqliyyat vasitələri qiymət intizamını pozarsa və ya sərnişinlərlə kobud rəftar edərsə, həmin nəqliyyat vasitəsinin sürücüsü və sahibkar xətdən uzaqlaşdırılacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info