Nəsimi rayonunda müharibə və əmək veteranları ilə görüş keçirilib
Tarix: 16.03.2016 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Novruz bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində müharibə və əmək veteranları ilə görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov II Dünya Müharibəsində faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdikləri qəhrəmanlıqlarından danışıb. Qeyd edib ki, dünyanın faşizm taunasından xilas edilməsində misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər. Müstəqilliyin ilk illərində müharibə veteranlarına göstərilən ögey münasibətlərdən söz açan natiq, məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onların cəmiyyətdəki mövqeyinin yenidən yüksəltdiyini, bütün status və imtiyazlarının bərpa olunduğunu diqqətə çatdırıb.
Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev müharibə veteranlarına göstərilən böyük diqqət və qayğıdan razılığını bildirib. Əlavə edib ki, II Dünya Müharibəsinin odlu-alovlu yollarından keçən döyüş rəşadəti göstərən veteranlarla belə görüşlərin gənclərin hərbi vətənpərvərliyi və milli-mənəvi dəyərlər uğrunda tərbiyəsində böyük rol oynayır. Tədbirdə Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev tərəfindən veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “Veteran Həmrəyliyi” medalı ilə təltif olundu.
Görüşdə çıxış edən əmək və müharibə veteranları göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda veteranlara Novruz bayramı ilə əlaqədar bayram sovqatları təqdim edilib. 

Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info