Dini radikalizmə qarşı mübarizə tədbirləri ilə bağlı “dəyirmi masa“
Tarix: 16.03.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2016-cı – "Multikulturalizm ili" üçün tədbirlər planına əsasən "Qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin rolu" mövzusunda "dəyirmi masa" keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, "N" nömrəli hərbi hissədə təşkil olunan "dəyirmi masa"nı Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani açaraq bildirib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təsdiq etdikləri tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər kollektivlərdə seminar-müşavirələr, "dəyirmi masa"lar, söhbət və disputlar, görüşlər, mühazirələr və digər mədəni-kütləvi tədbirlərin təşkilinə artıq start verilib. Bu tədbirlər şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyi kimi, onların mənəvi-psixoloji hazırlığında, vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində də mühüm rol oynayır.
Qeyd edilib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib. Lakin Azərbaycanda dini sahədəki tolerantlıq xalqımız üçün xarakterik olmayan bəzi sekta və cərəyanlara da fəaliyyət imkanı verib. Hətta bu qeyri-ənənəvi dini cərəyanların faəliyyəti bir çox hallarda xalqımız və dövlətçiliyimiz üçün təhlükəli fəsadlar da yaradıb. Məhz bu səbəblərə görə 1997-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə dini təbliğat aparmaq qadağan edilib.
Vurğulanıb ki, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyət üçün bir bəla olduğu kimi, cəmiyyətin bir parçası olan ordu üçün də çox təhlükəlidir. Ona görə də keçirilən "dəyirmi masa"nın mövzusu və qarşısına qoyduğu məqsəd çox aktualdır və önəmlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov mövzu ilə bağlı geniş məruzə edib. Öncə bu qurumun fəaliyyəti barədə "dəyirmi masa" iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrıdır. Buna görə də dövlət-din münasibətlərini tənzimləmək məqsədilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə ictimaiyyətlə, hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələrini daima genişləndirir, məqsədyönlü tədbirlər həyata keçirərək qarşısına qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.
Qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verən məruzəçi onların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib, "dəyirmi masa" iştirakçılarının suallarını cavablandırıb.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Sumqayıt və Abşeron rayonu üzrə nümayəndəsi Hacı Rauf Sərdarovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini Cahandar Əlifzadənin çıxışları da maraqla qarşılanıb.
Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini polko
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info