“Azərbaycan Cənubi Qafqazda Gürcüstanın ən yaxın dostu və strateji tərəfdaşıdır”
Tarix: 16.03.2016 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Cənubi Qafqazda Gürcüstanın ən yaxın dostu və strateji tərəfdaşıdır. Biz təkcə qanunvericilik orqanları arasında deyil, bütün sahələrdə əlaqələrimizi inkişaf etdirir və daha da möhkəmləndiririk.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zurab Tkemaladze söyləyib. O bildirib ki, dost və qardaş ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza var: “Bizim çox mükəmməl qanunvericilik bazamız var. Bu, bizə münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməyə imkan verir. Dostluq qrupları parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayırlar. Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərdən sonra dostluq qrupu yenidən formalaşıb. Yaxın vaxtlarda qarşılıqlı səfərlərimiz yenidən başlayacaq. Deputatlarımız beynəlxalq təşkilatlarda da bəzi məsələlərdə vahid mövqedən çıxış edirlər. Bu da bizim yaxın dostluğumuzun göstəricisidir”.
Parlamentdə həm də iqtisadiyyat komissiyasının sədri olan Zurab Tkemaladze deyib: “Cənubi Qafqazda Azərbaycanın və Gürcüstanın birgə əməkdaşlığı sahəsində həyata keçirilən irimiqyaslı layihələr bizim beynəlxalq nüfuzumuzun artmasında, eləcə də regionda mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayır. Biz Azərbaycanın Gürcüstana göstərdiyi köməyi unuda bilmərik. Məhz Azərbaycanın yaxın köməyi nəticəsində Gürcüstanın təbii qaza olan ehtiyacı demək olar ki, tam ödənilib. Bu, həmçinin bizim müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Biz bunu yüksək qiymətləndiririk. Bunu unutmaq olmaz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır
15.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15.06.2019
XİN: Ermənistan rəhbərliyi mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info