“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub
Tarix: 16.03.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının martın 16-da Bakı Slavyan Universitetində (BSU) təqdimatı olub. Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev multikulturalizm dəyərlərindən ibarət olan kitabın tərtibçilərinə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilib. Onun sözlərinə görə, kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab hazırlanır. Dövlət başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq kitabın təsis edildiyini deyən Asif Hacıyev nəşrin gələcəkdə dərslik kimi istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinə qədər folklor və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu kitabda insanpərvərlik, birlik-bərabərlik ideyaları, Azərbaycan multikulturalizmi tam olaraq öz əksini tapıb.
Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Mövsüm Nağısoylu çıxışında tolerant, multikultural dəyərlərin əsrlər boyu xalqımızın ənənsində, mədəniyyətində yaşadığını deyib. Kitabın müəlliflərindən biri olan natiq qeyd edib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatının dərin köklərində multikulturalizmin Dədə Qorqud zamanından mövcudluğunun sübutudur. Mövsüm Nağısoylu vurğulayıb ki, multikulturalizm istiqamətində görülən işlərin davamı olaraq AMEA-nın Folklor İnstitutunda “Azərbaycan folklorunda multikulturalizm” mövzusunda elmi araşdırmalara başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev dövlət siyasətinin əsasını təşkil edən multikultural dəyərlərin əsrlərdən bəri Azərbaycan xalqının anlayışında formalaşdığını deyib. Aparat rəhbəri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”nı Azərbaycanda multikulturalizmə yeni yanaşmanın nəticəsi kimi səciyyələndirib. O qeyd edib ki, kitab multikultural təhlükəsizlik üçün vacib mənbədir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov kitabın ərsəyə gəlməsində əməyi olan redaksiya heyətinə və bu təqdimat mərasiminə görə BSU kollektivinə minnətdarlığını bildirib.
Ural Federal Universitetinin Azərbaycanşünaslıq mərkəzinin direktor müavini Denis Jeriborov, BSU-nun Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, BSU-nun dosenti, filologiya üzrə elmlər doktoru Rüstəm Kamal, BSU-nun Multikulturalizm kafedrasının müdiri Ülviyyə Abbasova çıxışlarında Azərbaycanda multikulturalizmin xüsusiyyətləri, tarixi ənənəsi, Azərbaycan Respublikasında aparılan multikulturalizm siyasətinin əhəmiyyəti barədə danışıblar, kitabın müəlliflərinə təşəkkür ediblər




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info