Universitetdə “Multikultural milli-mənəvi dəyərlər və gənclik” adlı tədbir keçirilib
Tarix: 16.03.2016 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində “Multikultural milli-mənəvi dəyərlər və gənclik” adlı tədbir keçirilib. Tədbirdə universitet müəllim tələbə heyəti ilə yanaşı rəsmi qonaqlar da iştirak edib. Qafqaz Universitetinin tələbəsi Nərmin Zərbəlili qonaqlara ölkəmizdə Novruz bayramı və multikulturalizm ənənələri haqda geniş məlumat verdi: “ “Novruz” - yalnız baharın gəlişi, təbiətin oyanışı deyil, həm də mənəvi saflıq və milli birliyimizi təcəssüm etdirən bir bayram kimi xalqımızın həyatında mühüm mənəvi əhəmiyyət daşıyır. Uzun illər xalqımızın həyata, gələcəyə inam hissini, torpağa bağlılığını formalaşdıran Novruz bayramı Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizə və adət-ənənələrimizə göstərdiyi diqqət və qayğı nəticəsində milli ideologiyamızın əsas elementlərindən birinə çevrilmiş və dövlət səviyyəli tədbirlər sırasına daxil edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Respublikada gedən davamlı inkişaf həyatın bütün sahələrini əhatə edən uğurlarımızın sayının artmasına və Novruz bayramının ildən-ilə daha firavan, xoş ovqat və əmin-amanlıqla qeyd edilməsinə şərait yaratmışdır.
Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Bir neçə əsr ərzində etnik və dini azlıqlara mənsub olan şəxslər respublikamızda etnik çoxluq olan azərbaycanlılarla sülh və harmoniya şəraitində yaşayıb və yaşayırlar. Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb qarışıblar və bu gün haqlı olaraq bu torpaqda yaşayanlar Azərbaycanı özlərinə doğma və əbədi vətən hesab edirlər.  Respublikamızda 300-dən artıq dini icmanın mövcud olması və onlara eyni münasibətin göstərilməsi Azərbaycanı dünya miqyasında tolerant ölkə kimi tanıtmışdır. Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tikilmiş məscidlərin sayı 595-ə çatıb. Ölkədə 11 kilsə, o cümlədən Bakıda 3 pravoslav və 1 katolik, Gəncə və Xaçmazda 1 pravoslav və digər kilsələr fəaliyyət göstərir. Eyni zamanda Quba rayonunun “Qırmızı” qəsəbəsi İsraildən sonra yəhudilərin kompakt halda yaşadıqları yeganə yaşayış məntəqəsidir. Bu gün qəsəbədə iki sinaqoq fəaliyyət göstərir.
İlham Əliyev ölkəmizin şimal bölgəsinə səfəri zamanı bəyan etdi ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir: “Bunun qarantı mənəm - Azərbaycan prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir”. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması bütün dünyaya Azərbaycan xalqının dostluq, qardaşlıq şəraitində yaşamağa qadir olan bir xalq olduğunu bir daha nümayiş etdirdi ”.
Universitetin rektoru professor Ahmet Saniç qonaqları salamlayıb və Multikulturalizmin əhəmiyyətindən danışıb : “ Hörmətli Nazirlər, komitə sədrləri və onların müavinləri, səfirlər, dəyərli Millət vəkilləri, Rektor həmkarlarım, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, xanımlar və cənablar, əziz qonaqlar Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində demokratiyanın ayrılmaz hissəsi olan multukultural dəyərlər bu gün dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmişdir. Heç də təsadüfi deyildir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda multukultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği məqsədilə 2016-cı ili “Multukulturalizm ili” elan etmişdir. Qafqaz Universiteti daim multukultural dəyərlərin təbliğinə xüsusi önəm vermiş və bu məsələyə həssaslıqla yanaşmışdır. Hər çağırışda olduğu kimi, Prezidentimizin Multukulturalizm çağrışına da Qafqaz Üniversiteti ən yüksək səviyyədə qoşulmuş, Universitetimizdə 2016-cı ildə Multukulturalizm ilə əlaqəli çox sayda tədbir hazırlanmışdır.
Universitetimizin də yerləşdiyi Abşeron Rayonunun İcra Başçısı İradə Gülməmmədova çıxış edərək qonaqları sizi Abşeron rayonunda salamlayıb və qeyd edib ki, gözəl tədbir bizim çox gözəl qədim ənənələrimizə istinad edir, o ənənlər ki, bizim qədim bayramımız olan novruz bayramıdır. Tələbəmiz Multikulturalizm dəyərləri, onun yaranma tarixi, respublikamızda onun təbliği ilə bağlı geniş məlumat verdi. Qeyd etmək istəyərdim ki, cənab Prezidentimiz İlham Əliyev tərəfindən 2014-cü ildə Bakıda Multikulturalizm Mərkəzi yaradıldı, və Multikulturalizm Mərkəzinin yaradılmasından sonra 2016-cı il “Multikulturalizm ili” kimi sərəncam imzalandı.
Abşeronun bu gün 450 mindən artıq əhalisi vardır ki, rayonunun ərazisində qədim Abşeronun kəndlərindən başqa, respublikanın bütün rayonlarından müxtəlif xalqların nümayəndələri məskunlaşmışdır. Rayonumuzda 29 məscid, 9 icma vardır ki, onlar qeydiyyatdan keçmişdir və burada bütün xalqların nümayəndələri sülh və əmin –amanlıq şəraitində yaşayır. Multikulturalizmin inkişafı eyni zamanda təhsilimizin inkişafı deməkdir. Son 10 ildə rayonumuzda məktəblər, bağçalar, yenidən qurulmuşdur.

Azərbaycan Respublikası Təhsil nazirinin müavini cənab Firudin Qurbanov isə qeyd edib ki, Bu tədbirin adı, özü çox böyük əhəmiyyətə malikdir.”Multikultural milli-mənəvi dəyərlər və gənclik”. Azərbaycan öz qədim tarixi ilə, milli-mənəvi dəyərləri ilə, ümumiyyətlə dünyada seçilən bir ölkədir və heç də təsadüfi deyildir ki, bu il ölkə Prezidenti tərəfindən “Multikulturalizm ili” elan olunub. Bildiyimiz kimi, bizim bir neçə maddi və qeyri maddi mədəni irs nümunələrimiz YUNESCO-ya daxil edilib. Bu Azərbaycana, onun tarixinə verilən böyük dəyərdir. Azərbaycan dövləti bu tarixi mədəni irsi əsrlər boyu qoruyub saxlamışdır və bu bizim xalqımızın tolerantlığının, böyüklüyünün sübutudur.
Azərbaycan Respublikası İdman və Gənclər nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idman sahəsindəki uğurlarından danışıb: “Sizi bu böyük bayram münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm.Qeyd etmək istəyirəm ki, bütün sahələrdə olduğu kimi, idman sahəsinin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bunun nəticəsidir ki, ölkəmizin ən ucqar regionunda belə Olimpiya Kompleksləri tikiliərək yeniyetmə və gənclərin ixtiyarına verilmişdir. Bu gün idman sahəsi ölkə rəhbərinin qayğı və diqqəti ilə əhatə olunmuşdur. Məhz bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə etməyə nail olmuşlar ”.
Azərbaycan Respublikası Mədəniyyət və Turizim nazirinin müavini Nazim Səmədov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Respublikası İdman və Gənclər nazirinin müavini İsmayıl İsmayılov Qafqaz Universitetinin mədəniyyət, təhsil və idman sahələrində fərqlənən tələbələrinə sertifikat verib.
Sonda universitetimizin tələbə bədii özfəaliyyət dərnəklərinin hazırladığı “Multukultural Milli Mənəvi Dəyərlər və Gənclik” adlı ədəbi-bədii proqram qonaqlara təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info