“Ukrayna quldurluq üçün “sərbəst ərazi”yə çevrilib”
Tarix: 17.03.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Ukrayna Qafqaz və Orta Asiyadan gələn və xüsusi amansızlıqları ilə seçilən oğru qrupları ilə üz-üzə qalıb. Onların ölkədə geniş qol-qanad açmasının başlıca səbəblərindən biri və bəlkə də, ən başlıcası ölkənin hüquq-mühafizə sistemində islahatların aparılmamasıdır.
“Bunlar həqiqi başkəsənlərdir və hətta yerli kriminal dəstə də onlardan qorxur. Onla, üzərində pul olduğunu ehtimal etdikləri hər hansı bir şəxsi küçədə belə, öldürməyə qadirdirlər. Onlarda heç bir mərhəmət hissi yoxdur. Soyğunçuluq məqsədilə yerli mənzillərə soxulub, ailə üzvlərinin, hətta azyaşlı uşaqların belə, gözü qarşısında ailənin yaşlı sakinlərindən pul tələb edir, onlara xətər yetirirlər” - deyə Ukrayna Daxili İşlər Nazirliyinin veteran işçilərindən olan Valeriy Kur “Pravda ru” saytına danışarkən bildirib. Ölkədəki belə qəddarlığa cinayətkar hərbi şərait stimul yaradıb. Onların əksəriyyəti vaxtilə odlu nöqtələrdə döyüşən, sonralar isə narkotik və içki düşkünlərinə çevrilənlərdir. Sabiq sistem işçisinin sözlərinə görə, onları Ukraynaya gəlməyə sövq edən ölkənin hüquq-mühafizə sistemindəki zəiflik, belə cinayətkarlara qarşı mübarizə aparmaq iqtidarında olmamasıdır. “Cinayətkarlar Ukraynaya daha çox Qafqaz və Orta Asiyadan gəlirlər. Onlar, əsasən, Ukraynanın sakit regionlarını özlərinə hədəf seçir, Krıma isə nadir hallarda gedirlər. Amma buna baxmayaraq, ən böyük cinayətləri Kiyev, Donetsk, Dnepropetrovsk, Odessa kimi böyük şəhərlərdə həyata keçirirlər. Onlar zərgərlik mağazaları ilə yanaşı, yerli mənzilləri də qarət etməkdən çəkinmirlər”- deyə Valeriy Kur bildirib. Veteran sistem işçisinin sözlərinə görə, onlar bu sahə üzrə yaxşı ixtisaslaşmış quldurlardır: “Onlar hər səhər məktəb və uşaq bağçalarının qarşısında müşahidə apararaq imkanlı ailələri müəyyən edirlər. Belə müşahidələri biznes mərkəzləri və banklarda da aparırlar”. Ukraynada Qafqaz qruplarının axını ilə yanaşı, doxsanıncı illərdə olan, adları belə unudulmuş bandalar peyda olmaqdadır. “Dinozavr” kimi adları barədə son səkkiz il ərzində heç bir şey eşidilməyən dəstələr yenidən üzə çıxıb. Təkcə onu bilirəm ki, onlar vaxtilə nüfuzlu cinayətkar qruplar olublar. Daha sonra onların biznesə baş vurduqları xəbərini almışdım. Lakin indi onlar təhlükəsizlik firması və ictimai təşkilat adı altında yenidən cinayətkar qrup yaradıblar” -deyə vaxtilə Kiyev regionunda milis rəisi işləmiş Eduard Svinçiçkiy bildirir. Qeyd edək ki, mütəxəssislər bu şəraitdə quldurluğa qarşı mübarizənin heç bir effektin verməyəcəyini ehtimal etmirlər. Bunun üçün onlar əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun qəbul edilməsini ən optimal variant kimi önə çəkirlər. Eduard Svinçiçkiy belə hesab edir ki, onlar erməni, gürcü, çeçen və osetinlərdən ibarət qarışıq qruplardır: “Onlar bir-biri ilə çox bağlıdır və onlarla mübarizə aparmaq üçün əməliyyat mövqeyi lazımdır. Bu istiqamətdə yüksəkkeyfiyyətli kəşfiyyat iş aparmaq lazımdır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info