Dünyada iqtisadi tənəzzül və geriləmə dərinləşir
Tarix: 17.03.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


ABŞ-da pərakəndə satışlar endi

Dünya ölkələrinin iqtisadiyyatında ciddi tənəzzül və geriləmə müşahidə edilməkdədir.
Məsələn, ABŞ Ticarət Nazirliyinin yaydığı məlumata görə, iqtisadi sahədə bəzi geriləmələr müşahidə edilib. Belə ki, ölkədə pərakəndə satışlar 0,1 faiz azalıb. İçərisində avtomobil daxil olmayan pərakəndə satışlar da 0,1 faiz geriləyib. Həmin ayda benzin satışları da 4,4 faiz azalıb. Ümumiyyətlə, pərakəndə satışlar ABŞ-da iqtisadi fəaliyyətin üçdə ikisini təşkil etdiyi üçün iqtisadi nəticələrə nəzər saldıqda önəmli məlumat hesab edilir.

Hindistanda ixrac
və idxal aşağı düşdü

Dünyanın ən çox əhalisinə sahib ikinci və BRİCS ölkəsi olan Hindistanda ixrac və idxal enişi davam edir. Hindistan Ticarət Məlumat və Statistika Bürosunun məlumatına görə, fevral ayında ixracat illik 5,66 faiz enişlə, 20,74 milyard dollar, idxal 5,03 faiz enişlə 27,28 milyard dollar oldu. Beləliklə, ticarət kəsiri 6,54 milyard dollar olaraq reallaşdı. Bir ay öncə kəsir 6,74 milyard dollar səviyyəsində idi. Neft idxalı illik 21,92 faiz enişlə 4,77 milyard dollar olaraq qeyd edilir. Ölkənin qızıl idxalatı həmin ayda 29,49 faiz azalaraq 1,4 milyard dollar olub. Hindistan dünyanın ən böyük qızıl idxalçısı olan ölkə kimi tanınır.
Maliyyə ilinin əvvəli kimi aprel ayından fevralın sonuna qədər olan 11 aylıq dövrdə ticarət kəsiri 113,4 milyard dollar olub. Bu dövrdə ixrac 16,73 faiz enişlə 238,4 milyard dollar, idxal 14,74 faiz enişlə 351,8 milyard dollar olaraq qeydə alınıb. Qeyd edək ki, Hindistanda maliyyə ili apreldə başlayır, martın sonunda başa çatır.

Nigeriyada 16 milyard dollarlıq korrupsiya

Nigeriya öz tarixində ən böyük korrupsiya ilə çalxalanır. Nigeriyada dövlətə aid neft şirkəti dövlətə ödəməsi lazım olan 16 milyard dolları tapa bilməyib. Bunun ölkə tarixinin ən böyük korrupsiyasından biri olduğu düşünülür. Qərbi Afrika ölkəsi olan Nigeriyada federal hökumət baş müfəttişi Samuel Ukura, Nigeriya Milli Neft Şirkətinin (NNPC) 2014-cü ildə dövlətə ödəməsi lazım olan 3,3 trillion nairanı (16 milyard dollar) tapa bilmədiyini açıqlayıb.
“Reuters”ə açıqlama verən Ukura, "Konstitusiyaya görə NNPC neft gəlirlərini federal hökumətə köçürmək məcburiyyətindədir. Ödənilmiş gəlirin parlament tərəfindən təsdiqlənməsi lazımdır. 2014-cü ilə aid 3,3 trilyon nairalıq gəlir ortada yoxdur. Digər nazirliklərin də bunu əldə edə bilmədiyi müəyyən olundu”.
Qeyd edək ki, Nigeriya, Afrikanın ən zəngin enerji qaynaqlarına sahib ölkələrindən biridir. Ölkənin iqtisadiyyatı enerji ixracatına əsaslanır. OPEC-in məlumatlarına görə neft və təbii qaz ixracatı ölkənin ümumi daxili məhsulunun 35 faizini qarşılayır. Nigeriya ixracatının 90 faizini neft təşkil edir. Ancaq korrupsiya ilə bağlı əldə edilən gəlir xalqa çatdırılmır. 2015-ci ildə iqtidara gələn və korrupsiyaya qarşı müharibə elan edən Nigeriya prezidenti Muhammadu Buxari bu vəziyyəti “qəbuledilməz” olaraq xarakterizə edir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info