Ermənistan Rusiya Dəmir Yollarını tarifləri əsassız qaldırmaqda ittiham edib
Tarix: 17.03.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası Cənub-Qafqaz Dəmir Yolunu (Rusiya Dəmir Yollarının törəmə şirkəti, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir) tarifləri əsassız qaldırmaqda şübhəli bilərək, müvafiq materialları Rusiya Federasiyasının Antiinhisar Xidmətinə təqdim edib.
Bu barədə Ermənistan parlamentində komissiyanın sədri Artak Şaboyan bildirib. “Cənub-Qafqaz Dəmir Yolu (CQDY) üstün mövqeyindən sui-istifadə edərək, yükdaşımaların tariflərini artırıb. Cənub-Qafqaz Dəmir Yolu bu qərarı 9 mlrd dram (18 mln dollar) ziyan çəkməsi ilə əlaqələndirib”, - deyə Şaboyan qeyd edib. Şaboyan satınalmalar və xərclərin hesablanmasında bundan əvvəl də pozuntuların aşkarlandığını diqqətə çatdırıb. Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası hesab edir ki, CQDY inzibati və digər xərcləri əlavə etməklə sərmayələrin həcmini süni şəkildə artırır. Bundan başqa, komissiya Rusiya Dəmir Yollarının törəmə şirkətini Ermənistanın dövlət satınalmaları haqqında qanuna əməl etməməkdə və əksər hallarda saxta tenderlər təşkil etməkdə ittiham edib. Bu hallar barədə dövlət komissiyası hələ 2015-ci ilin payızında məlumat vermişdi. Rusiya Federasiyasının Antiinhisar Xidmətinin o zamankı rəhbəri İqor Artemyev materialları nəzərdən keçirəcəyini və öz istintaqını aparacağını vəd etmişdi. Qeyd edək ki, Cənub-Qafqaz Dəmir Yolu Rusiya Dəmir Yollarının törəmə şirkəti olaraq, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info