Yəməndə aviazərbələr nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb
Tarix: 17.03.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Ərəb koalisiyasına məxsus aviasiyanın Yəmənin Haca əyalətində yerləşən Mustaba şəhərinə endirdiyi zərbələr nəticəsində 107 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb. Bu barədə əyalət şurasının nümayəndəsi bildirib.
TASS informasiya agentliyi xəbər verir ki, koalisiya təyyarələri Mastaba şəhərinin mərkəzi hissəsində yerləşən bazarın yaxınlığına iki aviasiya zərbəsi endirib. Hadisə bazarda çox sayda insanın toplaşdığı zaman baş verib. Həkimlərin məlumatına əsasən, hadisənin baş verdiyi Mustaba və ona yaxın Abs şəhərlərində yerləşən xəstəxanalarda xəsarət alanlara ilkin yardım göstərilməsi üçün zəruri dərman və sarğı materiallarının çatışmazlığı vəziyyəti bir qədər də çətinləşdirir. Xatırladaq ki, şiə üsyançıları 2014-cü il avqustun ortalarından etibarən yanacağın qiymətinin qalxması bəhanəsi ilə etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefasını tələb etmişdilər. Sonradan etirazlar silahlı toqquşmalara gətirib çıxarmış və nəticədə prezident sarayı da daxil olmaqla paytaxt Səna şəhəri üsyançıların əlinə keçmişdi. Paytaxt Sənada nəzarətə yiyələnmiş qiyamçıların təzyiqləri nəticəsində istefa verməyə məcbur olan Yəmən Prezidenti Əbd Rabbo Mənsur Hadinin xahişindən sonra martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni hakimiyyətin bərpasına yönəlmiş “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.






 
Bölməyə aid digər xəbərlər
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib
18.04.2019
Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb
18.04.2019
Son sözü Ali Seçki Komissiyası deyəcək
18.04.2019
Liviyada üç günlük matәm elan olunub
17.04.2019
Sudan parlamentinin spikeri Xartum aeroportunda saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info