“Azərbaycanda güclü idmançılar yetişir”
Tarix: 17.03.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Mehman Məlikov: “Azərbaycan dövləti çox güclü idman siyasəti yürüdür”

Bu gün Azərbaycanda dövlət tərəfindən idmana hərtərəfli şəkildə dəstək göstərilir. Artıq idman təkcə paytaxtda deyil, regionlarda da inkişaf etməkdədir. Regionlarda fəaliyyət göstərən idman mərkəzləri bu baxımdan diqqəti çəkir. Elə Mingəçevirdəki Tayziçiyan idman sağlamlıq klubu da regionda aktivliyi ilə seçilir. Klubun rəhbəri Mehman Məlikov uzun müddətdir ki, Şərq idman növləri ilə məşğul olur.
O, eyni zamanda kikboksinq yarışlarında hakimlik edir. Qeyd edək ki, M.Məlikov 1960-cı ildə Ağdaş rayonunun Ləki kəndində anadan olub. Rusiyanın Perm şəhərində Kimya Texnologiya Texnikumunun Elektrik mühərrikləri avadanlıqları fakültəsini bitirib. Həmin ərəfədə idmanın cüdo və karate növləri ilə məşğul olub. Texnikumu bitirdikdən sonra Perm Politexnik İnstitutuna daxil olub. İnstitutda oxuyarkən milisdə mühafizə xidmətində də çalışıb. Elə hərbi xidmətini də Sverdlovski şəhərində xüsusi təyinatlı milis xidmətində edib. Hərbi xidmətdən sonra Permdə “Dinamo”da karate idmanını tədris edib.
-Tayziçiyan idman sağlamlıq klubu nə vaxtdan fəaliyyət göstərir?
-Ötən əsrin 90-cı illərinin əvvəlində vətənə qayıtdım. Azərbaycanda öncə Mingəçevir şəhərində peşə məktəbində texnologiya üzrə müəllim kimi çalışdım. Paralel olaraq Ağdaş və Mingəçevirdə karate məşqləri keçdim. Mingəçevirdə ilk karate klubunu məhz mən 1990-cı ildə yaratdım. 1993-cü ildə isə Tayziçiyan idman sağlamlıq klubunu yaratdım. İndiyə kimi bu klubun fəaliyyətini öz gücümə davam etdirirəm. Burada karate, kikboksinq, uşu, cüdo və s. Şərq idman növləri keçirilir.
-Dövlətin idmana olan diqqəti sizə və ümumiyyətlə, region idmançılarına nə dərəcədə stimul verir?
- Azərbaycan dövləti çox güclü idman siyasəti yürüdür. Ölkəmiz beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız yarışlarda yüksək nəticələr əldə edərək Azərbaycanın dövlət bayrağını zirvələrə ucaldırlar. Bütün bunlar da gənc idmançılarda böyük həvəs yaradır.
Ölkəmizdə idmana diqqət regionlarda da özünü göstərməkdədir. Rayonlarda idmanın inkişafı istiqamətində işlər görülür. Yaxşı olardı ki, bu işlər daha da gücləndirilsin.
Mən kikboksiniq üzrə klubda məşqçiyəm. Millət vəkili Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsinə seçiləndən sonra bu idman növü ilə bağlı çox gözəl yarışlar keçirilir. Artıq kikboksinq yarışlarında Azərbaycan öz sözünü deyir. Bu idman növü üzrə medalçılarımızın sayı da artıb.
-Ümumiyyətlə, regionda gənclərdə, xüsusən uşaqlarda idmana maraq necədir?
-Gənclərdə idmana maraq çox gözəldir. Düzdür, son zamanlar uşaqlar təhsilə daha çox önəm verdikləri üçün idmana az gəlirlər. Amma Azərbaycan gənclərinin idman baxımından da potensialı çox güclüdür. Azərbaycanda güclü idmançılar yetişir və yetişəcək.
-Uğur əldə edən idmançılarınız varmı?
- Tayziçiyan idman klubu gənclərin sağlamlığı ilə bərabər, onların yarışlara hazırlanmasına xidmət edir. Buradan çox məşhur idmançılar çıxıb. Mənim uğur qazanan minlərlə idmançılarım olub. Onlar Azərbaycan və dünya birincisi olaraq kuboklar əldə ediblər.
-Regionda Şərq idman növləri üzrə turnirlər keçirilirmi?
-Bəli, biz tez-tez turnirlər keçiririk. Bu yarışlar həm klub, həm də region səviyyəsində olur. İdmançılar bu yarışlara çox böyük həvəslə qatılırlar. Onlar belə yarışlarda iştirak etməklə idman təcrübəsi qazanırlar. Eyni zamanda onlara ümumrespublika yarışları üçün çıxış imkanları yaranır.
-Siz uzun müddət Rusiyanın Perm şəhərində yaşayıbsız. Hazırda yenə də Perm şəhəri ilə əlaqələriniz varmı?
-Mən elə bu yaxınlarda Permdən gəlmişəm. Orada həmyerlilərimiz diaspor sahəsində əhəmiyyətli işlər görürlər. Permdə milli diaspor üzvləri arasında mənim çoxlu dostlarım var. Onlardan Mehman Məmmədov, Mamed İbrahimxəlilov, Arif Amanovu qeyd etmək olar. Bu insanlar Azərbaycanın Permdə təbliği istqamətində müxtəlif tədbirlər keçirirlər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info