“Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyib”
Tarix: 17.03.2016 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


"Parisdə terror aktı törədilərkən bəzi ölkələrin liderləri və nümayəndələri Fransaya səfər etmiş və birlikdə yürüyərək terroru ittiham etmişdilər. Bu səfəri ilə dövlət başçımız həmin ölkələrə Ankarada da olmağın vacibliyi mesajını verdi".
Bunu “Trend”ə professor, millət vəkili Musa Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, Ankarada törədilən qanlı terror hadisəsindən dərhal sonra Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsinin dərin mənası var: "Hər şeydən əvvəl, dövlət başçımız bir daha göstərdi ki, dövlətimiz, millətimiz ağır, kədərli günlərində qardaş türk millətinin və Türkiyənin yanındadır, onların acısını bölüşür, kədərlərinə şərik çıxır. Bu səfər digər dövlətlərə də bir işarə oldu. Prezident İlham Əliyev davranışı və sözləri ilə terroru pislədi, yaxşı və pis terrorçunun olmadığını göstərdi". M.Qasımlı deyib ki, Türkiyə olmayan yerdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyib, ona qarşı edilən əsassız hücumlara layiqincə cavab verib: "Bir neçə il əvvəl Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində keçirilən toplantı zamanı Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə əleyhinə ifadələr işlədərkən İlham Əliyev layiqincə onun cavabını verib. Bu, Türkiyə məsələsində Azərbaycanın qəti mövqeyinin digər ölkələrə çatdırılması idi. Yəni Azərbaycan olan yerdə Türkiyənin və türk millətinin əleyhinə danışıla bilməz". M.Qasımlı bildirib ki, Prezident İlham Əliyev dünyada çox təhlükəli proseslərin getdiyini birmənalı olaraq bildirdi, terroru İslam dini ilə əlaqələndirməyin səhv olduğunu, harada müsəlman varsa, terrorçu axtarmağın dövlətlər və xalqlararası münasibətlərə ziyan vurduğunu xüsusi vurğuladı: "Bəzi ölkələr islamafobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıblar. Belə yanaşma tamamilə yanlışdır. Çünki islam sülh, birgəyaşayış dinidir. İslamı terrorla eyniləşdirmək konkret məqsədlər üçün edilir. Azərbaycan isə dinlərarası, mədəniyyətlərarası dialoq baxımından bir model ölkə halına gəlib. Dünyanın Azərbaycanda öyrənəcəyi çox şey var".




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info