KİVDF jurnalistləri mükafatlandırdı
Tarix: 17.03.2016 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Martın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mükafatlandırılma mərasimində ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirən ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli ilk öncə tədbir iştirakçılarını Novruz Bayramı münasibəti ilə təbrik edib, onlara yeni uğurlar və nailiyyətlər arzulayıb. Müsabiqə barədə geniş məlumat verən V.Səfərli bildirib ki, müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazı təqdim edilib: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 15 istiqamət üzrə altı qalib müəyyən edilib. Onlardan ikisi ikinci yer, üçü üçüncü yer və biri birinci yerin qalibi olub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib və ən yüksək bal toplayan jurnalistlər müşahidə şurasının qərarı ilə mükafatlandırılıb".
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov iştirakçıları salamlayaraq, qarşıda gələn Novruz Bayramı münasibəti ilə təbrik edib. Sonra Ə.Amaşov jurnalist əməyi barədə danışıb.
Millət vəkili qeyd edib ki, bu il keçirilən müsabiqədə əvvəlkilərdən fərqli olaraq iştirakçıların sayı daha çox olub: "Təqdim edilən məqalələr keyfiyyət baxımından kifayət qədər yüksəlib. Yazarlar çalışırlar ki, faktları düzgün işlətsinlər, mənbələri etibarlı olsun. Bu da jurnalistikanın peşəkarlığının artmasında kifayət qədər böyük inkişafdır".
Sonra tədbirdə Fondun ekspertləri müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər. Ekspertlər jurnalistlərə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqat və araşdırmalara geniş yer ayırmağı, fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info