Yapon iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazırdılar
Tarix: 17.03.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Tokioda “Cross Border Club”ın təşkilatçılığı ilə keçirilən toplantıda yapon iş adamlarından ibarət qrupun Azərbaycana son işgüzar səfərinin nəticələri müzakirə olunub.
“Cross Border Club”ın meneceri, əcnəbi ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı ekspert Kazuyasu İşida Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini qeyd edib, Miyakocima və Naxçıvan şəhərləri arasında qardaşlaşma sazişinin imzalanması ilə bağlı hazırlıq işləri barədə məlumat verib. Martın əvvəllərində yapon iş adamlarından ibarət qrupun Azərbaycana səfərinin nəticələri barədə danışan K.İşida iştirakçıların səfər çərçivəsində ölkəmizin görməli yerləri ilə tanış olduğunu, azərbaycanlı iş adamları ilə fikir mübadiləsi apardığını deyib. Bildirib ki, səfər iştirakçıları son illər respublikamızda həyata keçirilən nəhəng layihələrin, böyük quruculuq işlərinin canlı şahidi olublar. Azərbaycanın iqtisadi proqnozlarının çox ümidverici olduğunu vurğulayan K.İşida yapon iş adamlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Səfər çərçivəsində aparılan fikir mübadiləsinin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı F.Bağırov, “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi”nin sədri X.Kələntər, “Jale Japan” şirkətinin prezidenti xanım Yamamoto Kyoko ölkəmizdə son illərdə əldə edilən iqtisadi uğurlar, investisiya imkanları və biznesin təşkili haqqında məlumat veriblər, yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd ediblər.
Səfərdə iştirak etmiş biznesmenlər Azərbaycan haqqında zəngin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Azərbaycanın son illər dinamik inkişafının şahidi olduqlarını qeyd edən iş adamları ölkəmizin həm qədim tarixə, mədəniyyətə malik olduğunu, həm də müasir inkişafı ilə diqqəti cəlb etdiyini vurğulayıblar.
Sonda Azərbaycanda biznesin təşkili və digər maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info