Bakıda “Road&Traffic 2016” sərgisi keçiriləcək
Tarix: 17.03.2016 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


11-13 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində 6-cı Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road&Traffic 2016” sərgisi start götürəcək.
“Road&Traffic 2016” sərgisi yol-tunel layihələndirilməsi və inşası, eləcə də yol təhlükəsizliyi, ictimai nəqliyyat və intellektual nəqliyyat sistemi üzrə peşəkarları bir arada toplayan regionun aparıcı ixtisaslaşdırılmış tədbiridir. “Road&Traffic 2016” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
“Road&Traffic 2016” sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri (İİS), avtobuslar və s. üzrə xidmətlər təklif edəcək.
“Road&Traffic 2016” sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşmək üçün ideal şəraiti təmin etməklə yanaşı, təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi, eləcə də perspektiv müqavilələrin imzalanması və ölkənin yol-tikinti bazarına investisiya yatırılmasına imkan yaradacaq.
Keçirildiyi ilk gündən etibarən sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road&Traffic” sərgisi 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “TransCaspian 2016” və 3-cü Xəzər beynəlxalq Kater və Yaxtalar “CIBS 2016” sərgiləri ilə eyni meydançada keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info