Piratçılığın səviyyəsi azalıb
Tarix: 17.03.2016 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“2001-ci ildə kreativ iqtisadiyyatın ümumi daxili məhsuldakı payı 1,1 faiz olduğu halda, hazırda 5 faizə qədər yüksəlib, həcmi isə 13 dəfə artıb”.
Bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Kreativ sənayelərdən faydalanaq: Kreativlik və milli inkişaf” mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, “ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın rolunun artırılması sahəsində 2016-2018-ci illər üçün Dövlət Proqramı hazırlanır.
Agentlik sədrinin sözlərinə görə, Azərbaycanda sözügedən sahənin çoxillik statistikasının məlumat bazası yaradılıb: “Bu çərçivədə yaxın günlərdə təsdiqi gözlənilən, Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanan və müvafiq strukturlarla razılaşdırılmış Nazirlər Kabinetinin “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi qeyd edilməlidir”.
K. İmanov qeyd edib ki, keçirilən tədbirlər nəticəsində 2015-ci ildə Azərbaycan piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31 faiz, audio-video məhsulları bazarında 25 faiz, proqram təminatında 11 faiz aşağı düşüb. 1996-2016-cı ilin ilk iki ayı ərzində agentlikdə 6646 müəllif və hüquq sahibinin 10391 əsəri qeydiyyatdan keçib və müvafiq şəhadətnamələr verilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info